Bank Of Baku

Səfurə Əlizadə “Drip drop” mahnısını tanınmış serbiyalı müğənni Zeljko Joksimoviclə birgə oxuyub – FOTO

Səfurə Əlizadə “Drip drop” mahnısını tanınmış serbiyalı müğənni Zeljko Joksimoviclə birgə oxuyub – <font color=red>FOTO </font>
# 11 may 2010 13:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Eurovision-2010” təmsilçisi Səfurə Əlizadə müsabiqə öncəsi daha bir yeniliyə imza atıb. Belə ki, Səfurə Əlizadənin müsabiqədə çıxış edəcəyi “Drip drop” mahnısının Balkan versiyası hazırlanıb. APA-nın təmsilçinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, mahnının Balkan versiyasında Səfurə Əlizadə “Drip drop”u Balkanlarn musiqi əfsanəsi Zeljko Joksimoviclə duet şəklində təqdim edilib. Mahnının yeni Balkan versiyası bu gün Səfurə Əlizadənin, eyni zamanda Zeljko Joksimovicin rəsmi internet saytlarında yerləşdirilib. “Drip drop”un duet versiyası 10 gün ərzində hazırlanıb. Zeljko bu mahnıda həm oxuyur, həm də akkordeonda ifa edib. Mahnının hazırlanmasına Səfurə Əlizadə və Zeljko Joksimovicdən başqa müğənninin beş musiqiçisi də cəlb olunub. Səfurə Əlizadə 2004-cü ildə “Eurovision” müsabiqəsində çox böyük uğur qazanan bu müğənni ilə birgə duet ifa etməkdən məmnunluğunu ifadə edib: “Çox istedadlı bir ifaçıdır, eyni zamanda unikal bir insandır. Fəxr edirəm ki, onunla birgə işləmək şansı qazanmışam. “Drip drop”un Balkan versiyası tamamilə fərqli bir üslubda hazırlanıb. Balkan versiyası daha dərin və daha hissiyyatlıdır, insanı duyğulandırır”.

Xatırladaq ki, Zeljiko Joksimovic Türkiyədə keçirilən “Eurovision-2004” mahnı müsabiqəsinin ən yaddaqalan ifaçılarından biri hesab olunurdu. Həmin il bu müğənni müsabiqədə ikinci yeri qazanıb. Beş ilə yaxın müddətdə istedadlı sənətçi heç bir birgə layihə, konsert və duet həyata keçirməyib. Bu ənənəni isə Azərbaycanın “Eurovision-2010” təmsilçisi Səfurə Əlizadəylə birgə “Drip drop”u ifa etmək üçün pozub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR