Bank Of Baku

“MaNga” qrupunun solisti xəstəxanadan çıxıb

“MaNga” qrupunun solisti xəstəxanadan çıxıb
# 12 may 2010 10:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ötən həftə qəflətən halı pisləşən və xəstəxanaya aparılan “MaNga” qrupunun solisti Fərman Akgül xəstəxanadan evə buraxılıb. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, F. Akgül mayın 11-də müalicə aldığı İstanbuldakı Bəyoğlu Alman Xəstəxanasından evə buraxılıb.

F. Akgülü müsabiqəyə hazırlayan şirkətin nümayəndəsi Selim Serezli bildirib ki, musiqiçi lazımi müalicə alıb. Onun sözlərinə görə, F. Akgül bir neçə gün istirahət etdikdən sonra qrup üzvləri ilə birgə məşqləri davam etdirəcək. Solist xəstəxanada olduğu müddətdə onu tək buraxmayan insanlara öz təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR