Səfurə Əlizadəni “Telenor Arena” səhnəsində ukraynalı rəqqaslar müşayiət edəcək - EKSKLÜZİV - FOTO
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadə Oslonun “Telenor Arena”sında mayın 27-də keçiriləcək II yarımfinalda səhnəyə ukraynalı rəqqaslarla birgə çıxacaq. Bu barədə APA-ya “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın Təşkilat Komitəsindən məlumat verilib. Yarımfinal konsertində Səfurə Əlizadədədən əlavə səhnədə 4 rəqqas olacaq. Təşkilat komitəsindən bildirib ki, ukraynalı rəqqasların təmsilçimizi rəqsləri ilə müşayiət etməsi Ukraynanın “Euromedia and Luxen Group Companies” şirkəti ilə artıq üç ildir ki davam edən əməkdaşlıq çərçivəsində baş tutacaq.
Ötən ilki kimi bu il də müsabiqənin səsverməsində iştirak etmək istəyən yerli tamaşaçılar 9450 sms nömrəsi altında bəyəndikləri ölkə təmsilçisinin çıxış nömrəsini yazmaqla dəstək ola biləcəklər. Azərbaycanda yaşayan yerli və xarici vətəndaşlar mayın 27-də keçiriləcək II yarımfinalda səsvermə hüququna malik olacaqlar. Mayın 29-da keçiriləcək final konsertində isə “Eurovision-2010” yarışmasının 39 ölkəsinin hər biri səsvermə hüququna malikdir. Bu yarışmada ölkə daxilində yaşayan həmyerlilərimiz Azərbaycana səs göndərmək hüquqları yoxdur. Azərbaycan vətəndaşları digər 16 ölkə təmsilçisinə səs göndərə biləcəklər. Azərbaycan təmsilçisinə səs göndərmək şansından yalnız xaricdə yaşayan həmvətənlərimiz istifadə edə bilər. Səsvermədə hər ölkənin öz kodu ilə iştirak etmək mümkün olacaq. 9450 sms nömrəsi isə ancaq Azərbaycanda yaşayan həmyerlilərimiz üçündür. Bu il mayın 25-i və 27-də keçiriləcək hər iki yarımfinalda, eyni zamanda 29-da keçiriləcək final konsertində səsvermə tamaşaçılarla yanaşı, münsiflər heyətinin iştirakı ilə həyata keçiriləcək. Bu səsvermədə hər ölkənin təyin etdiyi peşəkar münsif heyəti iştirak edə biləcək. Obyektivliyi nəzərə alaraq yerli münsif heyətinin tərkibi hələ açıqlanmır. “Eurovision-2010” yarışmasında tamaşaçı və münsiflərin səs hüququ 50-nin 50-yədir.
Bu yarışmanın səsverməsində iştirak etmək istəyən ölkə əhalisinin nəzərinə çatdıraq ki, 1 SMS-in qiyməti 50 qəpikdir.
Xaricdə yaşayan həmvətənlilərimizin, eyni zamanda Azərbaycan təmsilçisini dəstəkləmək istəyən tamaşaçıların diqqətinə çatdıraq ki, Səfurə Əlizadə II yarımfinalda 7-ci çıxış edəcək. Hər ölkənin öz səsvermə kodu var və bu koda 7 nömrəsi yazıb sms-lə göndərməklə Səfurə Əlizadəni dəstəkləmək mümkün olacaq.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib