Bank Of Baku

Səfurə Əlizadə promo-tur çərçivəsində Polşaya səfər edib – FOTO

Səfurə Əlizadə promo-tur çərçivəsində Polşaya səfər edib – <font color=red>FOTO </font>
# 13 may 2010 12:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın “Eurovision-2010” təmsilçisi Səfurə Əlizadə promo-tur çərçivəsində Polşaya səfər edib. APA-nın təmsilçinin rəsmi internet saytına istinadən yaydığı xəbər görə, səfər çərçivəsində Səfurə Əlizadə Polşanın bir çox televiziya kanallarında, eləcə də radio dalğalarındakı verilişlərə qonaq olacaq və polşalı jurnalistlərlə görüşəcək. Bununla yanaşı, ölkə təmsilçisi Polşanın TVP kanalında
yayımlanan və ən reytinqli səhər verilişi şousuna da qatılacaq. Müsabiqə öncəsi çox çətin qrafiklə işləyən təmsilçimiz promo-tur çərçivəsində Polşadan öncə Almaniya və Hollandiya, eləcə də Belçikada olub.

Azərbaycanın “Eurovision-2010” müsabiqəsində Səfurə Əlizadənin “Drip drop” mahnısı və bu mahnıya çəkilən klip Rumıniyada da çox böyük maraq doğurub. Belə ki, müsabiqə mahnımız Rumıniyanın radio dalğalarında dinləyicilər tərəfindən ən çox arzu olunan mahnıdır. Rumınlar Səfurə Əlizadənin bu müsabiqədə layiqli yer qazanacağına ümid edirlər.

Təmsilçimizlə bağlı digər bir xəbər isə İsrailin rəsmi fanklubu olan “Ogae - İsrail”in builki ən yüksək balı Səfurə Əlizadəyə verməsini açıqlaması ilə bağlıdır. Ötən gün bu ölkənin müsabiqə üzrə rəsmi fan-klubu 12 balı Azərbaycan təmsilçisinə verdiyini rəsmi bəyan edib və elə bu məqsədlə də xüsusi mərasim keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR