Bank Of Baku

Azərbaycanlı aktrisanın çəkildiyi teleserialın Balkanlar və Yunanıstanda nümayişinə başlanıb

Azərbaycanlı aktrisanın çəkildiyi teleserialın Balkanlar və Yunanıstanda nümayişinə başlanıb
# 14 may 2010 08:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyədə çəkilən və azərbaycanlı aktrisa Məlahət Abbasovanın da oynadığı “1001 gecə” serialının Balkan ölkələrində və Yunanıstanda nümayişinə başlanıb. Bu barədə APA-ya məlumat verən Məlahət Abbasova Mehriban obrazını canlandırdığı bu serialda oynadığı rolun çox sevildiyini deyib: “Bu serial bütün ərəb dünyasında göstərilir. Hazırda da Balkan ölkələri və Yunanıstanda nümayişinə başlanıb. Oynadığım Mehriban obrazını çox sevirlər və məhz bunun üçün Dubayda keçirilən mərasimə dəvət edildim və orada çox böyük bir sevgi ilə qarşılandım”.

M. Abbasova Dubayda beynəlxalq turizm sərgisinin açılışında iştirak etdiyini də söyləyib: “Bu sərgidə ölkəmizi təmsil edən Azərbaycan Hava Yollarının stendini görəndə bütün dünyalar mənim oldu. Onların yanına getdim və məni gördüklərində çox sevindilər. Çox gözəl söhbətlərimiz oldu, xatirə şəkilləri çəkdirdik”.

Dubaydan qayıtdıqdan sonra isə azərbaycanlı aktrisa ikinci rejissoru olduğu “İntiharın əsas məşqi” tamaşasının nümayişi üçün Belqradda keçiriləcək beynəlxalq teatr festivalına dəvət aldığını öyrənib: “Bu festival çərçivəsində mayın 31-də Belqradda tamaşamız nümayiş olunacaq. İyul və avqust ayında isə “Dünyanın ortasında bir yer" adlı tamaşamız Albaniya və Makedoniyada keçiriləcək beynəlxalq teatr festivalında oynanılacaq”.

M. Abbasova bildirib ki, teatrda onun təklifi əsasında “Dədə Qorqud” dastanı əsasında tamaşanın səhnələşdirilməsi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR