Bank Of Baku

Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə rəsmi fan-klubu olan “Ogae Azərbaycan” ən yüksək 12 balı İsrailə verib - FOTO

Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə rəsmi fan-klubu olan “Ogae Azərbaycan” ən yüksək 12 balı İsrailə verib - <font color=red>FOTO </font>
# 14 may 2010 11:02 (UTC +04:00)
“Ogae-Azərbaycan”ın vitse-prezidenti Ömər Əbdülkərimovun APA-ya verdiyi məlumata görə, www.ogae.az
ünvanında fəaliyyət göstərən bu sayt yüksək səviyyədə hazırlanıb, gözəl üslubda tərtib olunub. Saytın səhifələrində Azərbaycanın tarixi haqqında məlumatlar, “Eurovision -2010” müsabiqəsi ilə bağlı maraqlı xəbərlər yerləşdirilib. Rəsmi fan-klub istifadəyə verdikləri bu saytda “Azərbaycan Eurovision müsabiqəsində” mövzusunda da məlumatlar yerləşdiriblər. Saytda həmçinin Azərbaycanın builki müsabiqə təmsilçisi Səfurə Əlizadənin mahnıları dinləmək və fotosessiyasını izləmək mümkündür. Hazırda sayt yalnız ingilis dilindədir, yaxın zamanlarda isə sayt daha iki dildə - Azərbaycan və rus dillərində fəaliyyət göstərəcək.

Onu da bildirək ki, artıq iştirakçı ölkələrin rəsmi fan-klubları onlara verilən səsvermə prosesini həyata keçiriblər. “Ogae Azərbaycan” isə ən yüksək - 12 balı İsrailə verib. Azərbaycanın müsabiqə üzrə rəsmi fan-klubu 10 balı Almaniyaya, 8 balı Danimarkaya, 7 balı Xorvatiyaya, 6 balı Türkiyəyə, 5 balı Norveçə, 4 balı İslandiyaya, 3 balı Serbiyaya, 2 balı İsveçə, 1 balı isə Ukraynaya verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR