Bank Of Baku

Danimarkanın “Eurovision-2010” təmsilçiləri Tomas Nevegreen və Şane: “Azərbaycan “Eurovision-2010” müsabiqəsində birinci gördüyümüz ölkələr arasındadır” - FOTOSESSİYA

Danimarkanın “Eurovision-2010” təmsilçiləri Tomas Nevegreen və Şane: “Azərbaycan “Eurovision-2010” müsabiqəsində birinci gördüyümüz ölkələr arasındadır” - <font color=red>FOTOSESSİYA</font>
# 14 may 2010 18:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision -2010” mahnı müsabiqəsində Danimarkanı təmsil edəcək Tomas Nevegreen və Şane (Chanee & Nevergreen) promo-tur çərçivəsində Azərbaycana gəliblər. APA-nın məlumatına görə, bu gün təmsilçilər yerli mətbuat nümayəndələri ilə görüşüblər. Tomas Nevegreen bildirib ki, o Bakı şəhərini çox sevir və bu şəhər gözəlliyi ilə onu valeh edir: “Azərbaycanı çox sevirəm və bu ölkə məni çox cəlb edir. Burada çox dəyişiklər olub və bu müasirləşmə məni sevindirir. Azərbaycan təmsilçisi Səfurə Əlizadəni çox bəyənirəm. Azərbaycanın həm mahnısı, həm təmsilçi seçimi əladır. “Drip drop” mahnısını çox bəyənirəm. Şəxsən mən Azərbaycan təmsilçisinə səs verəcəyəm”. Danimarka təmsilçiləri “Eurovision-2010” müsabiqəsində Almaniya və İsraili özlərinə güclü rəqib gördüklərini açıqlayıblar. Tomas Nevegreen Azərbaycan mediası qarşısında kefsiz olduğu zaman Maykl Cekson musiqisini dinlədiyini də bəyan edib. Şane isə bukmekerlərin səsverməsi ilə Danimarkanın çox da öndə olmamasının onlara psixoloji təsir etmədiklərini qeyd edib: «Hansı ölkə bukmekerlərin səsverməsində öndədirsə onlara görə sevinirik. Bu hal isə bizə o qədər də təsir etmir». Tomas Nevegreen builki mahnının Danirmaka üçün uğurlu seçim olduğunu düşündüyünü deyib. O bildirib ki, bu mahnı ritmik olmasa da, çox xoşagələn məqamlar var və bu mahnı ilə təmsil etdikləri ölkəyə uğur gətirəcək.

Təmsilçilər Səfurə Əlizadənin yüksək dəstəklənməsinə çox sevindiklərini də bildiriblər: “Çox sevinirik ki, Səfurə bu cür yüksək dəstək alır. Bu onun ifasına da müsbət təsir göstərəcək. Çox istərdik ki, biz də bu cür dəstək alaq”. Tomas və Şane “Eurovision-2010” müsabiqəsində özləri ilə yanaşı Azərbaycanı, Almaniyanı və Ermənistanı birinci gördüklərini açıqlayıblar.

“A studio”nun keçmiş üzvü Tomas hazırda qrup üzvləri ilə dostluq əlaqələrinin davam etdiyini deyib, ancaq qrupla artıq solo karyeraya başlayan Tomas Nevegreen yaradıcılıq baxımından əməkdaşlıq etmirlər.

Mətbuat konfransından sonra təmsilçilər Bakı əhli qarşısında konsert proqramı ilə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR