Bank Of Baku

55-ci “Eurovision” müsabiqəsinin Danimarka təmsilçiləri Bakı səhnəsində konsertlə çıxış ediblər - FOTOSESSİYA

55-ci “Eurovision” müsabiqəsinin Danimarka təmsilçiləri Bakı səhnəsində konsertlə çıxış ediblər   - <font color=red>FOTOSESSİYA</font>
# 15 may 2010 09:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ötən gün promo-tur çərçivəsində Azərbaycana səfər edən Danimarkanın “Eurovision-2010” təmsilçiləri Tomas Nevergreen və Şane (Chanee & Nevergreen) Bakıda konsert proqramı ilə çıxış ediblər. APA-nın məlumatına görə, konsert deyildiyi vaxtdan bir saat gec başlayıb. Keçmiş “A studio” qrupunun üzvü olan Tomas Nevergreen repertuarındakı ən yaddaqalan mahnıları Azərbaycan tamaşaçıları üçün ifa edib. Tomasın solo ifasından sonra onunla birgə “Eurovision-2010” müsabiqəsində Danimarkanı təmsil edən Şane də səhnəyə çıxıb. Tomas və Şane “Telenor Arena”da ifa edəcəkləri “İn a moment like this” mahnısını oxuyublar. Tomas Nevergreen hər mahnıdan əvvəl Bakı şəhərini çox sevdiyini də diqqətə çatdırıb. Azərbaycan xalqına hörmət etdiyini bildirən müğənni, azərbaycanlılaraqonaqpərvərliyə görə təşəkkürünü bildirib və Azərbaycanı builki müsabiqədə təmsil edəcək Səfurə Əlizadəyə uğurlar arzulayıb.

Qeyd edək ki, Danimarka Azərbaycanla birgə mayın 27-də keçiriləcək II yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparacaq. 55-ci “Eurovision” müsabiqəsində Avropanın 39 ölkəsi təmsil olunacaq. Azərbaycanı bu il Səfurə Əlizadə “Drip drop” mahnısı ilə təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR