Bank Of Baku

Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil edəcək Səfurə Əlizadə Osloda təntənəli qarşılanıb – FOTOSESSİYA

Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil edəcək Səfurə Əlizadə Osloda təntənəli qarşılanıb – <font color=red>FOTOSESSİYA </font>
# 17 may 2010 06:23 (UTC +04:00)
APA-nın məlumatına görə, o, Oslonun hava limanında təntənəli qarşılanıb. Norveçdə yaşayan həmvətənlərimiz, eləcə də Norveçdəki Azərbaycan Gənclər Təşkilatının üzvləri əllərində Azərbaycan bayraqları, gül dəstələri və S. Əlizadənin şəkillərini tutublar. Soydaşlarımız gənc müğənniyə inandıqlarını, onun müsabiqədə ölkəmizə layiqli yer qazandıracağına əmin olduqlarını bildiriblər. S. Əlizadə isə Azərbaycanı müsabiqədə layiqincə təmsil edəcəyini bildirib.

Qeyd edək ki, mayın 16-da Oslonun xüsusi olaraq müsabiqə üçün hazırlanmış “Telenor Arena”sında müsabiqə təmsilçilərinin ilk məşqi keçirilib. Azərbaycanı 55-ci “Eurovision” müsabiqəsində təmsil edən S. Əlizadə yarışmada birincisi olmağa əsas iddiaçılardan biridir. Azərbaycan təmsilçisi mayın 27-də keçiriləcək II yarımfinalda “Drip drop” mahnısı ilə çıxış edəcək. Onu səhnədə ukraynalı rəqqaslar müşayiət edəcək. Müsabiqənin final mərhələsi mayın 29-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR