Bank Of Baku

«MaNga»nın vokalçısı Fərman Akgül: «6 gün xəstəxanada yatan insan özünü necə hiss edər, lap əlayam» - FOTOSESSİYA

«MaNga»nın vokalçısı Fərman Akgül: «6 gün xəstəxanada yatan insan özünü necə hiss edər, lap əlayam»  - <font color=red>FOTOSESSİYA</font>
# 19 may 2010 20:25 (UTC +04:00)
Norveç, Oslo. Ülkər Qasımova - APA. Norveçin paytaxtı Osloda keçirilən "Eurovision-2010" Mahnı Müsabiqəsində Türkiyəni təmsil edən "MaNga" qrupunun bu gün "Telenor Arena"da ilk məşqləri keçirilib. APA-nın Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, ilk məşqlərində qrup üzvləri yaddaqalan ifa nümayiş etdiriblər. Telenor Arena səhnəsinə müsabiqə ərəfəsində səhhətində problemlər yaranan və xəstəxanaya yerləşdirilən Fərman Akgül də çıxıb. Qrup üzvləri müsabiqədə ifa edəcəkləri "We could be the same" mahnıları ilə təkrarən bir neçə dəfə oxuyublar. Türkiyə təmsilçiləri səhnədə olarkən avropalı media mənsublarının qrupun ifasından məmnun olduqları nəzərdən qaçmayıb. Məşqdən sonra isə "MaNga" ilə mətbuat konfransı təşkil edilib. Qrup müsabiqədə ölkələrini təmsil etmələrindən şərəf duyduqlarını dilə gətiriblər. Konfransda qrupa ünvanlanan sualları əsasən Fərman Akgül cavablandırıb. Qrup üzvləri eləcə də müsabiqə ucun hazırladıqları mahnının mənasını Avropa mediası qarşısında açıqlayıblar və mahnıları ilə dinindən, dilindən və ölkəsindən asılı olmayaraq bütün insanların bir olduğunu demək istədiklərini bildiriblər. Media mənsublarının Fərman Akgülə səhhəti ilə bağlı ünvanlandırdıqları sualı isə qrupun vokalçısı "özümü çox yaxşı hiss edirəm və müsabiqədə uğur qazanmağımız üçün əlimizdən gələni edəcəyik” şəklində cavablandırıb: “6 gün xəstəxanada yatan və müalicə olunan insan özünü necə hiss edər, əlbəttə əla hiss edirəm. Səhhətimdə qəflətən problemlər yarandı, amma səhnədə mahnını ifa edəndən sonra bu baş verdi. Əsas odur ki, mahnını yekunlaşdırdım. Ürək döyüntülərim artdı və yıxıldım. 6 gün xəstəxanada yatdım və sizlərin qarşısındayam”.

Qrup üzvləri eləcə də Osloya gəldikləri yolun uzunluğuna işarə vurublar. Onlar bildiriblər ki, bu onların həyatında ən uzun yol olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR