Bank Of Baku

“Eurovision-2010” müsabiqəsində iştirak edən jurnalistlərinin rəyinə görə Səfurə Əlizadə favoritdir – FOTO

“Eurovision-2010” müsabiqəsində iştirak edən jurnalistlərinin rəyinə görə Səfurə Əlizadə favoritdir – <font color=red>FOTO </font>
# 20 may 2010 14:57 (UTC +04:00)
Oslo. Ülkər Qasımova – APA. Norveçin paytaxtı Osloda keçirilən “Eurovision-2010” mahnı müsabiqəsində çoxsaylı ölkələrdən 2000-ə yaxın media mənsubu iştirak edir. APA-nın Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, artıq mayın 15-dən etibarən akkreditə olunmuş media mənsubları arasında səsvermə aparılır. Çoxsaylı jurnalistlər müsabiqədə Azərbaycanı dəstələyir. Bu media mənsublarının Azərbaycana verdiyi səs faizindən də məlum olur. Belə ki, jurnalistlərin fikrincə, Azərbaycan artıq finaldadır. Mayın 27-də keçiriləcək II yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparacaq Azərbaycan təmsilçisi Səfurə Əlizadə bu yarımfinalda jurnalistlərdən ən çox səs alan təmsilçidir. Azərbaycan 116, Türkiyə 113, Ermənistan 111, İsrail və İrlandiya 108, Danimarka 107, Xorvatiya 102 səs toplayıb. Bu səsvermə yarımfinallara qədər davam edəcək. Sonra isə finala keçən ölkələr üçün ayrıca səsvermə həyata keçiriləcək və jurnalistlərin “Eurovision-2010” favoriti məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR