Bank Of Baku

Aleksandr Rıbak: “Bu il favoritim Almaniya təmsilçisidir, Azərbaycan təmsilçisinə də uğurlar arzulayıram” - FOTO

Aleksandr Rıbak: “Bu il favoritim Almaniya təmsilçisidir, Azərbaycan təmsilçisinə də uğurlar arzulayıram” - <font color=red>FOTO </font>
# 21 may 2010 11:10 (UTC +04:00)
Bu sözləri APA-ya Norveçə ezam olunmuş müxbirinə “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak deyib. O, özünü çox yaxşı hiss etdiyini və ölkəsinin müsabiqəyə hazırlığından razı olduğunu qeyd edib. Aleksandr Rıbak Azərbaycan təmsilçisi Səfurə Əlizadəni tanıdığını desə də, yarışmada ifa edəcəyi “Drip drop” mahnısını hələ ki eşitmədiyini vurğulayıb: “Azərbaycana uğurlar arzulayıram. Bu ilki müsabiqədə də ən yaxşı mahnının qalib gələcəyinə ümid edirəm. İstərdim ki, ən layiqli təmsilçi və mahnı qələbə qazansın. Bu müsabiqədə mən Almaniyaya səs göndərəcəyəm. Ancaq mahnıları bir daha dinləyəcəm, bəlkə yenə də favoritim oldu”.

Qeyd edək ki, Aleksandr Rıbak Azərbaycanın “Eurovision-2010” müsabiqəsində milli yarımfinal konsertində iştirak etmişdi. O, mətbuat konfransında Səfurə Əlizdəni bəyəndiyini vurğulamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR