Bank Of Baku

Səfurə Əlizadə Belarus və Makedoniyanın piar məqsədli ziyafət gecələrində iştirak edib – FOTOSESSİYA

Səfurə Əlizadə Belarus və Makedoniyanın piar məqsədli ziyafət gecələrində iştirak edib – <font color=red>FOTOSESSİYA </font>
# 21 may 2010 13:08 (UTC +04:00)
Oslo. Ülkər Qasımova-APA. Osloda keçiriləcək “Eurovision-2010” Mahnı Müsabiqəsində iştirakçı ölkələrin piar məqsədi ziyafət gecələrinin keçirilməsinə start verilib. APA-nın Norveçə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu məqsədlə keçirilən Belarus və Makedoniyanın təmsilçilərinin ziyafət gecələrində Azərbaycanı builki müsabiqədə təmsil edən Səfurə Əlizadə də iştirak edib. Hər iki partidə təmsilçimiz rəqiblərinə uğurlar arzulayıb və onların mahnıları altında rəqs edib. Səfurə Əlizadə səhnəyə çıxmasa da, partilərdə Azərbaycanın təqdimatı yüksək səviyyədə olub. Hər iki mərasimdə “Drip drop” mahnısı səslənib və iştirakçılarının mahnımızı çox bəyəndikləri ortaya çıxıb. Çoxsaylı mərasim iştirakçıları Azərbaycanın müsabiqədə ən yaxşı mahnı ilə təmsil olundğunu dilə gətiriblər. Tədbiqlərdə çoxsaylı insansanlar təmsilçimizlə xatirə şəkil çəkdirib və ondan aftoqraf alıblar.

Sabah Səfurə Əlizadənin “Telenor Arena”da ikinci məşqi baş tutacaq. Daha sonra isə təmsilçimiz mətbuat konfransı keçirəcək. Azərbaycan bu il iştirakçı ölkələr arasında favorit sayılır və Norveçdə toplaşmış nümayəndə heyətləri Azərbaycanın ilk sıralarda olacağından əmindirlər.

Qeyd edək ki, Azərbaycan təmsilçisi mayın 27-də keçiriləcək II yarımfinalda çıxış edəcək. Müsabiqənin I yarımfinalı mayın 25-də, finalı isə mayın 29-da baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR