İsrailin “Eurovision-2010” müsabiqəsində təmsilçisi Harel Skaat: “Azərbaycan qalib olmağa layiq ölkədir” - MÜSAHİBƏ - FOTOSESSİYA
- İlk öncə ümid edək ki, yarımfinaldan finala keçəcəyəm və finalda da layiqli yer qazanacağam. Finalda neçənci olacağını heç kim öncədən deyə bilməz, çünki bu Allahın kitabında yazılan bir şeydir. Ancaq, “Eurovision” müsabiqəsində iştirak etmək özü artıq çox böyük uğurdur. Bu müsabiqədə iştirak mənim üçün çox böyük bir imkandır. O imkan ki, mənə ən çox sevdiyim işimlə məşğul olmağa və mükəmməl bir səhnədə çıxış etməyə şərait yaradır. Bu müsabiqədə sənin cəmi bir neçə dəqiqə imkanın var ki, gözəl bir prefomans nümayiş etdirəsən və 200 milyon insanın rəğbətini qazanasan.
- İştirakçı 38 ölkə təmsilçisi arasından kimi özünüzə rəqib görürsünüz?
- Bu il “Eurovision” səhnəsində yer alacaq mahnıların hamısını dinləmədiyim üçün bu haqda danışmağım çətindir. Eşitdiym ölkələr arasında Azərbaycan, Almaniya, Norveç, Bolqarıtsan, İspaniya, Danimarka, İsveç var. Bu ölkələr arasında ən çox bəyəndiyim mahnılar isə İspaniya, Danimarka və İsveçindir.
- Çox təmsilçilər rəqibləri arasında Sizi də görür... Həqiqətən də özünüzü güclü rəqib hesab edirsiniz?
- Mən bu günlərdə ətrafda gedən söz-söhbətlərə qulaqlarımı bağlayıram. Çünki mənim qarşıma qoyduğum məqsəd mahnını gözəl şəkildə ifa edib, gözəl perfomans nümayiş etdirməkdir. Əgər mən musiqimlə nəsə çatdıra biləcəyəmsə, bu elə mənim qələbəmdir.
- Bukmerkerlər builki “Eurovision” qalibi olaraq Sizi də birincilər arasında görürlər. Bu Sizə mənəvi dəstək verirmi?
- Mən bir sənətkar və ifaçı olaraq bu dəstəyi qəlbimdə duyuram. Çünki bu elə bir səhnədir ki, heç nəyi əvvəlcədən proqnazlaşdırmaq mümkün deyil. Ancaq əlbəttə ki, hər bir insan kimi ətrafdakı bu cür xoş rəylər mənə də müsbət və xoş təsir göstərir.
- Əgər Sizin təmsilçiliyinizlə ölkəniz qalib gəlsə, İsrail dövləti ölkədəki çətin durumda bu müsabiqəni yüksək səviyyədə təşkil etməyi öhdəsinə götürə biləcəkmi? Ölkəniz buna hazırdırmı?
- Əlbəttə ki, hazırdır. İsrail bu zamana kimi iki dəfə bu müsabiqəyə ev sahibliyi edib. 1978-ci və 1999-cu illərdə İsraildə təşkil olunan müsabiqələr “Eurovision” tarxiində ən yaddaqalan təşkilatçılıqlardan olub. Digər məsələlərin bu müsabiqənin təşkilinə problem yaradağından öshbət belə gedə bilməz. İsrail hər zaman buna hazırdır.
- Bu müsabiqədə Sizin mahnınız ana dilinizdədir. Sizin üçün mahnının ana dilinizdə ifası çox önəmlidir?
- Əlbəttə, hər bir ölkə vətəndaşı öz dilini bütün dillərdən yüksək tutur. Mahnımı bu dildə təqdim etməyim də gözəl bir haldır. Öz dilimdə ifa mənə daha çox rahatlıq verir.
- Azərbaycan təmsilçisi Səfurə Əlizadə ilə bağlı düşüncəniz necədir?
- Mən düşünürəm ki, çox yaxşı bir ifaçı və çox gözəl bir gənc xanımdır. Əminəm ki, o Azərbaycanı layiqincə təmsil etmək üçün əlindən gələni edəcək. Azərbaycan baxmayaraq ki, son üç ildə bu müsabiqədə iştirak edir, ancaq bu müsabiqəyə çox ciddi yanaşır və hər il yaddaqaln şou hazırlayır. Azərbaycan öndə olmağa layiq ölkədir. Azərbaycan dili çox şirin dildir, türk və ivrit dilinə bənzərliyi var.
- Əgər qalib gəlsəniz ölkə rəhbərliyinizdən hər hansısa bir tələbiniz olacaqmı?
- Əslinə qalsa, heç bir gözləntim yoxdur. Əminəm ki, qalib gəldiyim təqdirdə onlar məni arayıb təbrik edəcəklər. Əlbəttə ki, İsrail prezidenti ilə görüşməyi çox istərdim. O bütün İsrail xalqının atasıdır.
- Özünüzdən başqa hansı ölkəni qalib görürsünüz?
- Əlbəttə, mən öz fikrimi deyə bilərəm, ancaq bu fikir mənim fərdi düşüncəm olacaq. Bəlkə də həmin mahnı radio xarakterli bir mahnı olaraq yaxşıdır və müsabiqədə qalib gəlmək üçün yaxşı mahnı deyil. Ona görə də konkret ölkə adı çəkə bilmərəm. Bütün iştirakçı ölkələrə böyük uğurlar arzulayıram. Azərbaycandan isə dəstək gözləyirəm. Dəstəyinizə çox ehtiyacım var...
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib