Bank Of Baku

Dima Bilan: «Eurovision-2010»un finalında əsas mübarizə Azərbaycan, Ermənistan və Almaniya nümayəndələri arasında gedəcək

Dima Bilan: «Eurovision-2010»un finalında əsas mübarizə Azərbaycan, Ermənistan və Almaniya nümayəndələri arasında gedəcək
# 22 may 2010 03:14 (UTC +04:00)
Bakı-APA. «Eurovision-2010»un finalında əsas mübarizə Azərbaycan, Ermənistan və Almaniya nümayəndələri arasında gedəcək. Rusiya estradasının ulduzu Dima Bilan «Vesti» kanalına belə bir açıqlama verib.

Bukmekerlər də analoji proqnoz verirlər. «Komsomolskaya Pravda»nın məlumatına görə, reytinqə gac azərbaycanlı Səfurə, gah da alman Lena Mayer-Landrut başçılıq edirlər. Üçüncü yer uğrunda israilli Arel Skaat və Danimarkanın ChanOe & N’Evergreen dueti mübarizə aparırlar. Ermənistanlı Yeva Rivas beşincidir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan nümayəndələri mayın 27-də keçiriləcək ikinci yarımfinalda çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR