Bank Of Baku

Osloda Azərbaycanın “Eurovision-2010” müsabiqəsi təmsilçisi ilə birlikdə gəmi gəzintisi təşkil olunub – FOTOSESSİYA

Osloda Azərbaycanın “Eurovision-2010” müsabiqəsi təmsilçisi ilə birlikdə gəmi gəzintisi təşkil olunub – <font color=red>FOTOSESSİYA </font>
# 24 may 2010 06:50 (UTC +04:00)
Oslo. Ülkər Qasımova – APA. Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edən Səfurə Əlizadə ilə Norveçin paytaxtı Osloda gəmi gəzintisi təşkil edilib. APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, iki saatlıq gəmi gəzintisi xüsusi mərasim formasında həyata keçirilib. Gəmi gəzintisində Azərbaycan nümayəndə heyətindən əlavə, Türkiyənin nümayəndə heyəti və təmsilçisi “MaNga” qrupu, eləcə də müxtəlif ölkələri təmsil edən çoxsaylı media mənsubları iştirak edib. Gəmidə ilk öncə Azərbaycan bayrağı ucaldılıb. Mərasimdə Azərbaycan təmsilçisi ilə müsahibələr təşkil edilib. Gəmi üzərində Səfurə Əlizadənin fotosu həkk olunmuş “Azərbaycana “Eurovision-2010” müsabiqəsində uğurlar diləyirik” sözləri yaızlmış plakatlar asılıb. Gəmi gəzintisində Səfurə Əlziadə bütün qonaqlarını salamlayıb və mərasimdə iştirak edən Türkiyə təmsilçilərinə uğurlar arzulayıb. Mərasimdə qonaqlar “Eurovision” müsabiqəsində yaddaqalan mahnılar altında rəqs ediblər. Səfurə Əlizadənin ifasında “Drip drop” mahnısı da dəfələrlə səsləndirilib. Səfurə Əlizadə APA-ya açıqlamasında bu müsabiqədə hər bir təmsilçiyə layiqli yer qazanmağı diləyib: “Bu müsabiqədə iştirak çox böyük məsuliyyətdir. Hər bir təmsilçiyə bu çətin və məsuliyyətli, həm də şərəfli yolda uğurlar diləyirəm. Qoy builki müsabiqədə ən yaxşı mahnı qələbə qazansın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR