Bank Of Baku

Rusiya “Eurovision-2010” müsabiqəsindəki təmsilçiləri Gürcüstan təmsilçisi Sofo Nijaradzeniin mərasimin də iştirak ediblər

Rusiya “Eurovision-2010” müsabiqəsindəki təmsilçiləri Gürcüstan təmsilçisi Sofo Nijaradzeniin mərasimin də iştirak ediblər
# 24 may 2010 06:54 (UTC +04:00)
Oslo. Ülkər Qasımova – APA. Norveçin paytaxtı Osloda keçirilən “Eurovision-2010” mahnı müsabiqəsində təmsilçi ölkələrin piar məqsədli mərasimləri davam edir. APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, bu dəfəki mərasim Gürcüstan təmsilçisi Sofo Nijaradzenin şəninə keçirilib. Gecədə Azərbaycan təmsilçisi Səfurə Əlizadə də iştirak edib. Azərbaycan təmsilçisini öz mərasimində istiqanlılıqla qarşılayan Sofo Nijaradze Səfurə Əlizadəni öz mərasimində görməkdən məmnunluğunu ifadə edib. Elə mərasimdə iki ölkə təmsilçisi bir-birinə müsabiqədə uğurlar arzulayıb, hər ikisi bir-birinin uğuruna sevinəcəyini bəyan ediblər. Gürcüstan təmsilçisinin mərasimində Norveçin dövlət rəsmiləri, Türkiyə, Albaniya, Rusiya, Yunanıstan, İsrail, Belarus təmsilçiləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR