Bank Of Baku

“MaNga”nın favoritləri arasında Azərbaycan və Ermənistan da var

“MaNga”nın favoritləri arasında Azərbaycan və Ermənistan da var
# 24 may 2010 07:15 (UTC +04:00)
APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, Türkiyə təmsilçiləri müsabiqə üçün xüsusi hazırlanmış kostyumlarda səhnəyə çıxıblar.

“MaNga” qrupunun 4 üzvü rok musiqisinə yaxın olan qırmızı və qara rəngin, solist Fərman Akgül isə ağ və qaranın sintezində hazırlanmış kostyum geyib. Uğurlu məşqdən sonra mətbuat konfransı keçirilib. F. Akgül bildirib ki, mahnının məğzini və şounu 3 dəqiqəyə sığdırmağa çalışıblar: “Çalışmışıq elə bir səhnə yaradaq ki, mahnının tam havasını göstərsin. Bu musiqi ilə biz tamaşaçılara nəyi çatdırmaq istədiyimizi anladırıq”.

Qrup üzvləri yarımfinala sayılı günlər qalmış çoxlu məşq edəcəklərini deyiblər. Onlar bu günləri boşa vermək fikrində deyillər və hər dəqiqələrini qiymətləndirəcəklərini vurğulayıblar. “MaNga”nın “Eurovision-2010”da favoritləri Azərbaycan, Ermənistan, Almaniya və Gürcüstandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR