Bank Of Baku

“Eurovision-2010” müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib - FOTOSESSİYA

“Eurovision-2010” müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 24 may 2010 14:29 (UTC +04:00)
Oslo. Ülkər Qasımova-APA. Mayın 23-də Norveçin paytaxtı Osloda “Eurovision-2010” mahnı müsabiqəsinin təntənəli açılış mərasimi baş tutub. APA-nın Noveçə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, mərasim Oslonun bələdiyyəsinin binasında baş tutub. “Eurovision-2010” müsabiqəsinin bütün 39 ölkə təmsilçisinin adları bələdiyyə binasının qarşısında yerə salınmış qızmızı xalça üzərində elan olunub. 38 ölkənin adı bir dəfə elan olunduğu halda, Azərbaycanın adı mərasimdə iki dəfə elan olunub. İlk elanda təmsilçimiz Səfurə Əlizadənin olmaması, bu halın ikinci dəfə təkrarlanmasına lüzum yaradıb. Azərbaycan təmsilçisi çoxsaylı media mənsublarının suallarını cavablandırıb. Təntənəli açılış mərasimində Oslo meri Fabian Stang Norveçdə olan bütün qonaqları salamlayıb və müsabiqə iştirakçılarına uğurlar arzulayıb. Mərasimdə “Eurovision” müsabiqəsinin icraçı direktoru Svante Stokselius da Norveçin təşkil etdiyi müsabiqədən razılığını dilə gətirib və 55-ci “Eurovision” müsabiqəsini açıq elan edib. Açılış mərasimində “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak musiqiləri ilə qonaqların qarşısında çıxış edib. Azərbaycan və Almaniya təmsilçisi açılış mərasimində daha çox maraq dairəsində olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR