Bank Of Baku

«Eurovision-2010» müsabiqəsinin aparıcıları Avropa xalqını bir neçə dildə salamlayacaq - FOTOSESSİYA

«Eurovision-2010» müsabiqəsinin aparıcıları Avropa xalqını bir neçə dildə salamlayacaq - <font color=red>FOTOSESSİYA</font>
# 24 may 2010 21:25 (UTC +04:00)
Oslo. Ülkər Qasımova – APA. Mayın 25-də Norveçin paytaxtı Osloda keçirilən “Eurovision-2010” Mahnı Müsabiqəsinin I yarımfinalı keçiriləcək. APA-nın Norveçə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bununla əlaqədar olaraq bu gün “Telenor Arena”da I yarımfinalda çıxış edəcək 17 ölkənin əsas məşqi keçirilib. Əsas məşq sabahkı yarımfinala tam hazırlıq məqsədi daşıyır. Elə I yarımfinalda çıxış edəcək 17 ölkə təmsilçiləri - Moldova, Rusiya, Estoniya, Slovakiya, Finlandiya, Latviya, Serbiya, Bosniya və Herseqovina, Polşa, Belçika, Malta, Albaniya, Yunanıstan, Portuqaliya, Makedoniya, Belarus və İslandiya sıralanma ilə çıxış ediblər. «Eurovision-2010» müsabiqəsinin üç aparıcıdan biri Nadya Hasnaoui səsvermənin gedişatını təqdim edib. Məhz Nadya Hasnaoui vasitəsi ilə 39 iştirakçı ölkənin həm yarımfinallarda, həm də final mərhələsində xallarını təqdim ediləcək. Erik Solbakken və Haddy Njienə də bu gün səhnədə əsas məşqlərini ediblər. Əsas məşqdən sonra isə müsabiqənin aparıcıları ilə mətbuat konfransı keçirilib. Hər aparıcı bu möhtəşəm müsabiqənin idarəçiliyinin məhz onlara həvalə olunmasından çox böyük fəxr duyduqlarını bildiriblər: “Hər bir aparıcının arzusu odur ki, bu cür televiziya şousuna aparıcılıq etsin. Bu hər üçümüz üçün böyük fəxrdir. Bizi bu müsabiqəyə aparıcı kimi seçənlərə təşəkkürümüzü bildiririk. Səhnədən əvvəl həyəcanlı oluruq, ancaq bir-birimizlə zarafatlaşaraq, mahnılar ifa edərək həyəcanımızdan azad olmağa çalışırıq”. Aparıcılar sabah Oslonun “Telenor Arena”sından Avropa xalqını bir neçə dildə salamlayacağını da deyiblər. Aparıcılardan biri İsrail təmsilçisi Harel Skaatı dəstəklədiyini də etiraf edib.

Qeyd edək ki, sabah axşam İctimai Televiziya və Radio Verilişləri Şirkəti ilə “İTV” canlı yayımlanacaq I yarımfinalda Azərbaycanda yaşayan vətəndaşlar səsvermə hüququna sahib deyillər. Azərbaycanda yaşayan vətəndaşlar II yarımfinalda səs verə biləcəklər. Azərbaycandan başqa digər 16 təmsilçiyə səs vermək hüququ var. Bu səsvermə prosesi 9450 sms nömrəsi ilə həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR