“Eurovision” müsabiqəsinin icraçı direktoru Svante Stokselius: “Azərbaycan təmsilçisinin oxuyacağı mahnı çox gözəl ritm üzərində qurulmuş, yaddalan və seçilən bir mahnıdır” - MÜSAHİBƏ – FOTOSESSIYA
- Norveçin 55-ci “Eurovision” müsabiqəsinin təşkilatçılığı Sizi nə dərəcədə qane edir?
- Norveç bu müsabiqənin hazırlığına yetəri qədər erkən başlayıb və son tarixə qədər qarşılarına qoyduqları bütün işləri yüksək səviyyədə yerinə yeitirə bilib. Biz artıq bu şouya tamamilə hazırıq.
- Ötən ilə nisbətdə bu il müsabiqədə iştirakçı ölkələrin sayı nisbətən azalıb. Deyilənlərə görə, bu halın baş verməsi dünyada baş verən iqtisadi böhranla əlaqədardır. Müsabiqədə təmsilçi ölkələri azalması halı Sizi məyus etmir ki?
- Hər il “Eurovision” müsabiqəsində iştirak edən ölkələrin sayı 40 ətrafında olur. Biz belə düşünürük ki, bu il 39 iştirakçı ölkə var və sayın azalmasının “Eurovision” müsabiqəsinin təşkilatçılığı ilə əlaqəsi yoxdur. Bu həmin ölkələrin daxili problemləri ilə əlaqədardır. Əminəm ki, gələn il 40-cı ölkədə müsabiqəyə yenidən qayıdacaq.
- Ehtimallara görə, “Eurovision Junior Song” müsabiqəsinə marağın az olması bu müsabiqənin sonrakı illərdə keçirilməməsinə səbəb ola bilər. Bu barədə Sizin düşüncəniz necədir?
- Bu heç də düzgün məlumat deyil. Bizim “Eurovision Junior” yarışmasını davam etmək niyyətimiz var və hətta buna hazırlıqlar belə başlayıb. Bu ilin noyabrında “Junior Eurovision” Belarusun Minsk şəhərində baş tutacaq. Buna ciddi hazırlıqlar görülür.
- Ötən il “Eurovision Dance” müsabiqəsinin Azərbaycanın paytaxtı Bakıda keçiriləcəyi xəbəri yayıldı. Sonradan isə tarix dəyişdirilərək 2011-ci ilə salındı. “Eurovision Dance -2011” yarışması Azərbaycanda keçiriləcəkmi?
- Əgər Azərbaycan bu rəqs müsabiqəsini keçirməyə namizədliyini irəli sürsə və bu müsabiqəni keçirməyə hazır olduğunu sübuta yetirsə, niyə də olmasın? Hətta bu hal gələcək illərdə “Junior Eurovision”a da şamil edilə bilər. Gələcəkdə hər iki müsabiqənin Azərbaycanın paytaxtı Bakıda keçirilməsi mümkündür.
- Uzun illərdir ki, “Eurovision” müsabiqəsinə rəhbərlik edirsiniz. Bu iş artıq Sizə yorucu gəlmir ki?
- Qətiyyən yorucu deyil. Çünki hər il bu müsabiqə daha maraqlı və müasir keçirilir. Bu darıxdırıcı iş deyil, axı hər il görülən iş eyni motivli olmur. Hər il müsabiqə daha müasir və tam fərqli olur, o səbəbdən də yorulmaq mümkün deyil.
- Çox güman ki, Avropanın bütün ölkələrini özündə birləşdirən bir müsabiqəyə rəhbərlik etmək də çox böyük məsuliyyət tələb edir?
- Əlbəttə ki… Bu çox böyük bir məsuliyyətdir. Çünki burada tək özünün yox, çoxsaylı ölkələrin işini görürsən, onları razı salmalısan və bu, mükəmməl olmalıdır. Hər il bu müsabiqədən çox böyük zövq alıram. Bu, çox həyəcanlandırıcıdr. Uzun illərdir bu müsabiqəyə rəhbərlik edirəm və hələ nə qədər davam edəcəyini də bilmirəm. Və hər il bu yarışmanın nəticəsini hamı ilə bərabər gözləmək və nəticəni bilmək çox həyəcanlıdır ki, bu da başqa bir həyəcandır. Müxtəlif dövlətlərdən, dinlərdən, fərqli dünya baxışı olan insanlarla bir yerdə işləmək, onlarla bir iş üzərində işləmək maraqlı və həyəcanlandırıcıdır.
- Yəni heç bir zaman müsabiqənin sonucunu öncədən bilmirsiniz?
- Bunu mən necə bilə bilərəm? Mən də nəticəni bütün tamaşçılarla bir anda bilirəm. Çünki yarımfinal və final ərəfəsində təşkialtçı deyil, artıq izləyici oluram. Hər il olduğu kimi artıq favoritim olmasına baxmayaraq nəticə mənim üçün də sürpriz olacaq.
- “Eurovision-2010” müsabiqəsində birinciliyin hansısa yollarla alındığı barədə də fikirlər oldu. Bu söz-söhbətlərin yaranmasına hansı hal şərait yarada bilər? Sizcə bu cür danışıqlar müsabiqənin obyektivliyinə şübhə yaratmaq demək deyil ki?
- “Eurovision” müsabiqəsinin obyektivliyinə şübhə yaradacaq heç bir haldan söhbət gedə bilməz. Bütün dünyada izlənən və maraq doğuran “Eurovision” müsabiqəsinin obyektivliyini şübhə altına salmaq istəyənlər əlbəttə ki var və bu cür söz-söhbətlər də bu istiqamətdə yönəlmiş səylərdir. O səylər ki, heç bir fakta dəlalət etmir. Ona görə də bu səylər hər zaman nəticəsiz qalacaq. “Eurovision” müsabiqəsi ilk yarandığı vaxtdan obyektiv olub və bundan sonra neçə il davam etaə belə heç zaman qeri-obyektivlikdən söhbət gedə bilməz.
- Ötən ilin sonu “Eurovision TV”nin direktoru Biorn Erikson təqaüdə çıxdı. Həmin vəzifəyə artıq təyinat olubmu?
- Bəli, cənab Biorn Erikson artıq öz ölkəsinə qayıtdı və təqaüdə çıxdı. Artıq həmin vəzifəyə təyinat olub və Georgian Frank “Eurovision TV”yə rəhbərlik edir.
- Ötən ilki problemlərdən sonra Azərbaycanın müsabiqədə builki iştirakını necə qiymətləndirisiniz? Bildiyimiz kimi EBU Azərbaycanı cərimə etmişdi və bu halın təkrarı ölkəmizin müsabiqədən üç illik uzaqlaşdırılması ilə nəticələnə bilər…
- Ümidvaram ki, nə bu il, nə də ki, gələcək illərdə iştirakçı ölkə və təşkilatçılar belə bir problemlə bir daha üz-üzə qalmayacaq. Bu il Azərbaycanın çox istedadlı ifaçısı və gözəl mahnısı var. Mən Azərbaycana müsabiqədə uğurlar arzulayıram.
- Müsabiqə rəhbəri olaraq builki yarışmada favoritiniz varmı?
- Əlbəttə favoritim var və adını da çəkə bilərdim. Ancaq mənim favotimin kim olması heç bir önəm daşımır. Bütün mahnılara qulaq asmışam və mahnıların içində layiqli mahnılar var. Ümid edirəm ki, ən yaxşı mahnı müsabiqədə qalib gələcək.
- Azərbaycanın builki müsabiqədə təmsilçisi və mahnısı haqqında nə düşünürsünüz?
- Düşünürəm ki, çox gözəl ritm üzərində qurulmuş, yaddalan və seçilən bir mahnıdır. Təmsilçiniz də çox istedadlı gənc xanımdır. Azərbaycana müsabiqədə çox böyük uğur diləyirəm.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib