Bank Of Baku

Kiprin “Eurovision-2010” təmsilçisi Jon Lilygreen: “Mənim favoritim Belçika, atamın favoriti isə Azərbaycandır” – FOTOSESSİYA

Kiprin “Eurovision-2010” təmsilçisi Jon Lilygreen: “Mənim favoritim Belçika, atamın favoriti isə Azərbaycandır” – <font color=red>FOTOSESSİYA </font>
# 25 may 2010 12:44 (UTC +04:00)
Oslo. Ülkər Qasımova – APA. “Eurovision-2010” mahnı müsabiqəsində Kipri təmsil edən Jon Lilygreen finala keçəcəyindən əmindir. Təmsilçi APA-nın Norveçə ezam olunmuş müxbirinə verdiyi açıqlamasında yarımfinal öncəsi özünü çox yaxşı hiss etdiyini deyib.
Kipr təmsilçisi Bolqarıstan, Belçika, Almaniya, Böyük Brtaniya mahnılarını dinlədiyini və bu ilki müsabiqədə favoritinin sadaladığı mahnılar olduğiunu bildirib: “Bütün mahnıları eşitməyə hələ ki, vaxtım olmayıb. Favotritim Belçikadır və ifaçı çox yaddaqalandır. “Drip drop” mahnısını isə atam dinləyib və mənə də qulaq asmağı məsləhət görüb. Atamın favoriti Azərbaycan mahnısıdır. Əminəm ki, Belçikanın mahnısı bu yarışmada uğurlu yer qazanacaq”. J. Lilygreen ona qarşı kənardakı müsbət fikirlərdən çox xoşlandığını dilə gətirib: “Məhz kənardakı müsbət fikirlər mənə deməyə əsas verir ki, mən finala vəsiqə qazanacağam. Neçənci yeri tutacağımı bilmirəm, amma əminəm ki, layiqli yerim olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR