Bank Of Baku

Bu gün “Eurovision-2010” Mahnı Müsabiqəsinin ilk yarımfinalı keçiriləcək - FOTOSESSİYA

Bu gün “Eurovision-2010” Mahnı Müsabiqəsinin ilk yarımfinalı keçiriləcək - <font color=red>FOTOSESSİYA </font>
# 25 may 2010 13:49 (UTC +04:00)
Oslo. Ülkər Qasımova-APA. Bu gün Oslonun “Telenor Arena”da “Eurovision-2010” Mahnı Müsabiqəsinin I yarımfinalı keçiriləcək. APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, bugünkü ilk yarımfinalda 17 ölkə finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. I yarımfinalda Moldova, Rusiya, Estoniya, Slovakiya, Finlandiya, Latviya, Serbiya, Bosniya və Hersoqovina, Polşa, Belçika, Malta, Albaniya, Yunanıstan, Portuqaliya, Makedoniya, Belarus və İslandiya çıxış edəcəklər. I yarımfinalın ən favorit mahnısı Yunanıstan təmsilçisinin ifa etdiyi “Opa” mahnısı hesab olunur. Bu gün mayın 29-da keçiriləcək finala 17 ölkədən Yunanıstanla birgə Moldova, Serbiya, Belarus, İslandiya, Albaniya, Belçika, Slovakiya, Latviya, Rusiyanın vəsiqə qazanacağı gözlənilir. Saat 23:15-dən etibarən bu möhtəşəm musiqi müsabiqəsinin I yarımfinalını İctimai Televiziya və Radio Verilişləri Şirkəti (İTV) canlı yayımlayacaq. Bu gün keçiriləcək yarımfinalda Azərbaycanda yaşayan vətəndaşların səsvermə hüququ yoxdur. Soydaşlarımız Azərbaycanın da iştirak edəcəyi II yarımfinalda səs verə biləcəklər. Mayın 27-də soydaşlarımızın Səfurə Əlizadədən başqa digər 16 təmsilçiyə səs vermək hüququ var. Bu səsvermə prosesi 9450 sms nömrəsi ilə həyata keçiriləcək. Bunun üçün tamaşaçı dəstəklədiyi ölkə təmsilçisinin çıxış nömrəsini yazıb 9450-yə göndərməklə həmin ölkə təmsilçisinə səs göndərmiş olacaq. Azərbaycan təmsilçisini isə xaricdə yaşayan həmyerlilərimiz dəstəkləyə biləcəklər.

Mayın 27-də keçiriləcək II yarımfinalda Azərbaycan, Türkiyə, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan və Sloveniya çıxış edəcəklər. Azərbaycan, Türkiyə, İsrail, Ermənistan, Danimarka, Xorvatiya, Rumıniya, İsveç, Gürcüstan, Ukraynanın finala vəsiqə qazanmaq imkanı daha yüksək qiymətləndirilir.

Qeyd edək ki, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və “Eurovision-2009”un qalibi Norveç mayın 29-da keçiriləcək final mərhələsində birbaşa iştirak etmək hüququna malikdirlər.

“Eurovision-2010” müsabiqəsinin aparıcılıq missiyasını Nadya Hasnaoui, Erik Solbakken və Haddy Njien həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR