Səfurə Əlizadə: “Vətənimə qələbə ilə qayıtmaq ən böyük arzumdur...” - MÜSAHİBƏ – FOTOSESSİYA
- Sabah “Eurovision-2010” yarışmasının II yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaqsan. Yarımfinal öncəsi özünü necə hiss edirsən?
- Özümü çox gözəl hiss edirəm. Hər şey yerindədir və heç bir problem yoxdur. Çox sevinirəm ki, hazırlıq prosesi çox maraqlı və şən keçir. Keçirilən hər bir məşqdə özümü səhnədə çox gözəl hiss edirəm. Hər bir səhnə prosesi və məşq mənim üçün çox maraqlıdır. Səhnə çox gözəl və yüksək səviyyədə hazırlandığı üçün özümü çox rahat və əla hiss edirəm.
- Bilirik ki, “Eurovision” müsabiqəsində iştirak etmək ən böyük arzularından biri idi. Artıq bu yarışmadasan və müsabiqədaxili hər bir prosesin içindəsən. Bu proses əsnasında şahidi olduğun hər hansısa bir durum olubmu ki, xəyallarını alt-üst edib?
- Bəli, uşaqlıqdan bəri arzu etmişəm ki, Vətənimi bir çox xarici müsabiqələrdə təmsil edim və uğur qazanım, Azərbaycanımın adını ucaldım. Üç il bundan öncə Azərbaycan ilk dəfə “Eurovision” müsabiqəsində iştirak edəndə qarşıma məqsəd qoydum ki, bu müsabiqədə mən nə zamansa iştirak edib, öz ölkəmi təmsil etməliyəm. Ümumiyyətlə mən çox güclü insanam, hər zaman qarşıma qoyduğum hər bir məqsədə mütləq çatmalıyam və bu zaman kimi də çatmışam. Başqa cür ola da bilməz.
- Azərbaycanın “Eurovision-2010” müsabiqəsi ilə bağlı milli seçimlərində mübarizə aparanda təmsilçinin məhz sən olacağını əminliklə deyirdin. Çıxışlarında ürəyinin səni heç zaman aldatmadığını belə bəyan etmişdin. İndi isə müsabiqənin qalibi olmaq arzusundasan. Necə bilirsən, ürəyin bu dəfə səni aldatmır?
- İlk dəfə seçim turunda iştirak edəndə milli seçimin yarımfinalında qarşıma məqsəd qoydum ki, əgər təmsilçilik mənə həvalə olunsa, o zaman Azərbaycan mənim təmsilçiliyimlə birinci olmalı və qələbə çalmalıdır. Mən verdiyim sözə əməl etmək istəyirəm və bunun üçün hər bir çətin mübarizəyə hazıram.
- Baxmayaraq ki, artıq uzun müddət keçib və sənin dosyen xarici və yerli televiziya verilişlərində, eləcə də internet səhifələrində təsdiqini tapıb, ancaq bu günün özündə belə çoxsaylı insanlar sənin 17 yaşında olmana şübhə ilə yanaşır. Bu halı sənin səhnədəki sərbəst duruşun və ya səs diapazonunla əlaqəsi ola bilərmi?
- Bəli, bu sualla mənə də bir çoxları müraciət edib və indi də edir. Söhbət əsnasında bildim ki, onların motivləri mənim məhz səhnədəki çıxışım və səs diapozumla əlaqədardır. Çoxları deyir ki, “səhnədəki duruşun və səs diapozun uzun illərdir səhnədə olan birini xatırladır, elə bil ki, uzun illərdir artıq ifaçılıqla məşğulsan”. Bu maraqlı bir faktdır, çünki əgər qısa müddət ərzində yaşımın az olmasına baxmayaraq, tamaşaçılar tərəfindən uzun illərin sənətçisi kimi qəbul olunuramsa, bu, mənim uğurumdur. Hətta bir çoxları mənim özümə deyiblər ki, uzun müddətdir gözlərini mənə zilləyirlər, lakin davranışlarımda, cəmiyyətdə özümü idarə etməyimdə heç bir xoşagəlməz hərəkətin şahidi olmayıblar.
- Artıq bütün ölkə təmsilçiərinin mahnısını dinləmək imkanın olub. Bu mahnılardan hansını dinləyəndə düşünürsən ki, bu ifa və musiqi səni öncələyə bilər?
- Mən bütün mahnıları eşitmişəm. Ancaq kimisə məni öncələyə biləcəyi barədə düşünümürəm. Mənim düşündüyüm ancaq səhnədə yaxşı perfomans nümayiş etdirmək və ölkəmi layiqli təmsil etməkdir. Düşünürəm ki, mən hamı üçün yetəri qədər güclü rəqibəm.
- Müsabiqədə favorit ölkə təmsilçilərindən biri sənsən. Bu sən də özünə inamı atırırmı? Qalibiyyət qazansan nəsə xüsusi istəklərin olacaqmı?
- Müsabiqənin nəticəsi məlum olmamış artıq çoxsaylı insanların favoriti olmaq çox gözəl bir hissdir. İnam hissi özü də insanı qələbəyə aparan yollardan biridir. O demək deyil ki, mən artıq favoritəmsə və çox sevilirəmsə, əlimi-qolumu yanıma qoyub hər şey qazandığımı düşünüm. Əksinə inam hissi insanda məsuliyyəti də artırır. Qaldı ki, qalib olsam, nə isə istəyimin olmasına... Yox, bu barədə düşünümürəm. Hazırda ən çox düşündüyüm qalib olmaqdır. Bu qələbənin üzərindən nələrsə əldə etmək fikrində deyiləm. Sadəcə istəyim müsabiqədə qalib olmaqdır.
- Sən tamamilə qalibiyyətə köklənmiş durumdasan…
- Qalibiyyətə köklənməmişəm, sadəcə bunu istəyirəm. Tez-tez də təkrar edirəm ki, elə belə də olsun. Axı bunun üçün bütün komanda ilə birgə çox əziyyət çəkirik. Qalibiyyət bizə yaraşacaq, buna əminəm.
- Artıq Avropada yetəri qədər tanınırsan, müxtəlif ölkələrdən işbirliyi qurmaq təklifləri gəlirmi?
- Əlbəttə, çox təkliflər gəlir. Bu cür müraciət və təkliflər çoxdur, ancaq bu təkliflərə hələlik çox vaxt ayıra bilmirəm və bununla başqaları məşğul olur. İyunun 17-də İsveçdə albomum işıq üzü görəcək. Bu işbirliyi isə müqavilə əsasında həyata keçiriləcək.
- Adətən bu cür beynəlxalq və məşhur yarışmalarda iştirak edəın sənətçilər, əsasən qələbə qazanandan sonra xasiyyətlərində müəyyən dərəcədə dəyişikliklər olur. Qələbə qazansan bu xasiyyətində nəyisə dəyişəcək?
- Bu sualla mənə “Yeni ulduz” müsabiqəsindən bəri ünvanlyırlar. O zamanlar deyirdilər ki, bu yarışmada qalib gəlsəm və birinci olsam ulduzlaşacaq, özümdən razı olacağam. Sonradan dediklərini özləri də təkzib etdilər, çünki bu, belə olmadı. Deyirdilər ki, “Eurovision” müsabiqəsinin milli seçimlərində təmsilçilik hüququ qazansam, tamamilə dəyişiləcəyəm. Ancaq elə olduğum kimiyəm. Əgər indiyə qədər xasiyyətim dəyişməyibsə, “Eurovision” qalibiyyətinin də xasiyyətimi dəyişəcəyini güman etmirəm.
- Belə fikirlər səslənir ki, Azərbaycan öz qalibiyyətini finalda təsdiqlədib. Bu cür fikirlər əhval-ruhiyyəndə dəyişiklərə səbəb olmur ki?
- Ümumiyyətlə, mən heç zaman əsası olmayan bu xaraklterli fikirlərə və dedi-qodulara fikir vermirəm. Bu cür halların mənim üzərimdə basqı yaratmasına və mənim əhval-riuhiyyəmə mənfi təsir göstərməsinə imkan vermirəm. Bu xarakterli fikirlərin heç bir təsdiqi yoxdur və haqqında düşünüdüyüm yeganə istəyim “Eurovision-2010” səhnəsində Azərbaycanımı layiqli təmsil etməkdir ki, qalibiyyət qazandığım təqdirdə hamı bir ağızdan “bu ifa birinciliyə layiq idi” desin.
- Finala vəsiqə qazandıqdan sonra 12 xalı hansı ölkədən gözləyirsən?
- Əslində bütün ölkələrdən 12 xal gözləyirəm, bunu ürəkdən istəyirəm. Əgər mahnım müsabiqədə favoritdirsə, bu niyə də olmasın? Həl halda bunu tək mən yox, bütün Azərbaycan xalqı istəyir. Mən burada özümü yox, bütün Azərbaycanı təmsil edirəm. Hər bir uğur Azərbaycanın adı ilə bağlıdır.
- Müsabiqə ərəfəsində digər ölkə təmsilçilərindən dostluq əlaqələri qurduğun kimlərsə varmı?
- Çoxları ilə xoş münasibətdəyəm. Bir-birimizə simpatiyamız var və hər dəfə üz-üzə gələndə bir-birimizə uğurlar diləyirik. Türkiyə, Gürcüstan, Almaniya, Ukrayna, Belarus və digər ölkələrin təmsilçiləri ilə müsbət əlaqələrimiz var və ümidvaram ki, bu əlaqələr müsabiqədən sonra da davam edəcək.
- “Telenor Arena”da bütün Avropa xalqı qarşısında çıxışdan bir gün əvvəl Azərbaycan xalqına ürək sözün varmı?
- Sadəcə mənə dəstək olun! Sizin dəstəyinizə ehtiyacım var, çünki sizinlə birgə özümü daha inamlı hiss edirəm. Azərbaycanın qalib olması üçün əlimdən gələni edəcəyimə söz verirəm. Vətənimə qələbə ilə qayıtmaq ən böyük arzumdur...
Xəbər Lenti
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb - YENİLƏNİB
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb