Bank Of Baku

Səfurə Əlizadə bu gün keçirilən II yarımfinalın əsas məşqində yaddaqalan çıxış edib - FOTO

Səfurə Əlizadə bu gün keçirilən II yarımfinalın əsas məşqində yaddaqalan çıxış edib - <font color=red>FOTO</font>
# 26 may 2010 20:57 (UTC +04:00)
APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, keçirilən əsas məşqdə Azərbaycan təmsilçisi Səfurə Əlizadə yaddaqalan perfomans nümayiş etdirib. Təmsilçimiz “Drip drop” mahnısını ifa etdikdən sonra əsas məşqi izləyən media mənsubları və tamaşaçılar onu aramsız alqışlayıblar. Əsas məşqdə təmsilçimiz artıq tam hazır olan səhnə geyimində çıxış edib. Göy və mavi rənglərdən istifadə olunmuş geyimin üzərində yerləşdirilmiş işıqlar tamaşaçıların marağına səbəb olub. Əsas məşqdə İsrail təmsilçisi Harel Skaatın zəif çıxışı diqqətdən qaçmayıb. Onun səsində problem olduğu da ifası zamanı ortaya çıxıb. Anacaq təmsilçi növbəti məşqdə daha gözəl perfomans nümayiş etdirəcəyinə inandığını bildirib. Məşq II yarımfinal üçün tam hazırlıq məqsədi daşıyır. Əsas məşqlərdə adi tamaşaçıların iştirakı üçün də biletlər satışa çıxarılıb. Əsas konsertə gəlmək imkanını əldən çıxaran izləyicilər əsas məşqləri izləməklə bu möhtəşəm şounu izləmək imkanı qazanırlar.

Qeyd edək ki, sabah Azərbaycan təmsilçisi Səfurə Əlizadə Oslonun “Telenor Arena”sından finala çıxmaq uğrunda mübarizə aparacaq. II yarımfinalda Azərbaycanla bərabər, Türkiyə, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan və Sloveniya çıxış edəcək. 17 ölkədən 10-u mayın 29-da keçiriləcək finalda çıxış etmək şansı qazanacaq. Artıq 10 finalçı ölkənin adı məlumdur.

Qeyd edək ki, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və “Eurovision-2009”un qalibi Norveç mayın 29-da keçiriləcək final mərhələsində birbaşa iştirak etmək hüququna malikdirlər. Finalda ümumilikdə 25 ölkə birincilik uğrunda yarışacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR