Bank Of Baku

Türkiyənin “Eurovision-2010” müsabiqəsində təmsil edən “MaNga” qrupu “Telenor Arena” səhnəsində alovlar içində məşq edib - FOTO

Türkiyənin “Eurovision-2010” müsabiqəsində təmsil edən “MaNga” qrupu “Telenor Arena” səhnəsində alovlar içində məşq edib - <font color=red>FOTO</font>
# 26 may 2010 21:52 (UTC +04:00)
Oslo. Ülkər Qasımova – APA. Türkiyənin “Eurovision-2010” mahnı müsabiqəsindəki təmsilçiləri “MaNga” qrupu bu gün keçirilən əsas məşqdə səhnədə alovlar altında çıxış ediblər. APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, əsas məşqdə Türkiyə təmsilçiləri sabah Avropa xalqı qarşısında çıxış edəcəkləri şounu ilk dəfə nümayiş etdiriblər. “Telenor Arena” səhnəsində “MaNga” üzvləri alovlar içində çıxış ediblər. Onlrın ifa etdiyi mahnının tembinə uyğun olaraq hazırlanan şou da alovların yanması xüsusi diqqət çəkən məqamlardan olub. İfa əsnasında dəfələrlə “Telenor Arena” səhnəsi alovlara bürünüb. Ancaq alovların yanması səhnəyə hələ ki, bir zərər yetirməyib. Türkiyə təmsilçiləri mayın 27-də “Telenor Arena” səhnəsini artıq Avropa tamaşaçıları qarşısında bu şounu nümayiş etdirəcəklər. “MaNga” qrupunun ifası zamanı səhnədə olan robotun çıxışı da bu perfomansa xüsusi maraq qatıb.

Onu da bildirək ki, Türkiyəni təmsil edən “MaNga” qrupu sabah keçiriləcək II yarımfinalda çıxış edəcək 17-ci ölkə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR