Bank Of Baku

Svante Stokselius: «“Eurovision” müsabiqəsində bir ölkədən 10 və ya 12 xal almaqdansa, iki ölkədən 6 xal almaq daha yaxşıdır» - FOTOSESSİYA

Svante Stokselius: «“Eurovision” müsabiqəsində bir ölkədən 10 və ya 12 xal almaqdansa, iki ölkədən 6 xal almaq daha yaxşıdır» - <font color=red>FOTOSESSİYA</font>
# 27 may 2010 03:51 (UTC +04:00)
Oslo. Ülkər Qasımova – APA. Norveçin paytaxtı Osloda keçirilən “Eurovision-2010” Mahnı Müsabiqəsi ilə bağlı müsabiqənin icraçı direktoru Svante Stokselius və bu il müsabiqəyə ev sahibliyi edən NRK-nın baş prodüseri Jon Ola Sand mətbuat konfransı keçiriblər. APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, tədbirdə çıxış edən Svante Stokselius Norveçin təşkil etdiyi “Eurovision-2010” yarışmasının yüksək səviyyədə davam etdiyini bildirib. Mətbuat nümayəndələrinin çoxsaylı suallarını cavablandıran müsabiqənin icraçı direktoru, “əgər müsabiqədə iştirak edən iki ölkə finalda eyni xal toplayarsa, o zaman qalibi necə seçirsiniz” sualına maraqlı cavab verib: «Müsabiqədə belə hal baş versə o zaman bizim şərtlərimiz var. Bu şərtlərə əsasən eyni bal toplayan ölkələrdən hansına müxtəlif ölkələrdən daha çox səs gəlibsə ona üstünlük veririk. Yəni, bir ölkədən 10 və ya 12 xal almaqdansa, iki ölkədən 6 xal almaq daha yaxşıdır. Bu cür hal baş verərsə biz bu şərti uyğunlayacağıq». Svante Stokselius eləcə də jurnalistlərin ona ünvanlandırdığı bu il müsabiqədə iştirak edən bütün 39 ölkənin hər birinin bu müsabiqənin təşkilatçılığını öhdəsinə götürmək bacarığındadırmı sualına cavab verib. O bildirib ki, müsabiqədə iştirak edən hər bir ölkə bu yarışmanı keçirmək bacarığındadır: “Bu müsabiqəyə qatılan ölkə yarışmanı keçirmək bacarığına da malik olmalıdır. Sözsüz ki, hər bir ölkə bunu dərindən düşünür və yarışmaya qatılır. Hətta iqtisadi vəziyyəti qənaətbəxş olmayan Yunanıstan belə qalib olacağı təqdirdə bu müsabiqəni ən yüksək səviyyədə təşkil edə bilər. Çünki bu müsabiqə tək maliyyə itkisi yox, həm də külli miqdarda qazancdır”.

Daha sonra icarıçı direktor bu ildən etibarən hər iki yarımfinalda və finalda münsif və tamaşaçı səsverməsindən istifadə olunmasının müsbət tərəflərini də açıqlayıb. Onun sözlərinə görə, artıq geridə qalan I yarımfinalda bundan uğurlu istifadə olunub. Svante Stokselius bu il Gürcüstanın yenidən müsabiqəyə qayıtmasından məmnunluğunu dilə gətirib və bu ölkəyə uğurlar arzulayıb. İcraçı direktor müsabiqədə iştirak etməyən Avstraliya, Yeni Zelandiya, Qazaxıstan, Macarıstan, Çernoqoriya və Kosovoda da yarışmanın yayımlandığını bildirib.

NRK-nın baş prodüseri Jon Ola Sand bütün Avropanı öz ölkəsində görməkdən sevincini dilə gətirib və hər bir iştirakçı ölkəyə ev sahibi olmağı arzu edib.

Mətbuat konfransında iştirak edən “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak iyunun 21-də yeni albomunun işıq üzü görəcəyi yeniliyini mətbuat nümayəndələri ilə bölüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR