Bank Of Baku

«Eurovision-2011» müsabiqəsinin yarımfinal və final konsertinin tarixi açıqlanıb

«Eurovision-2011» müsabiqəsinin yarımfinal və final konsertinin tarixi açıqlanıb
# 27 may 2010 04:25 (UTC +04:00)
Oslo. Ülkər Qasımova – APA. “Eurovision-2011” mahnı müsabiqəsinə ev sahibliyi edəcək ölkənin adı hələ məlum olmasa da, artıq müsabiqənin hər iki yarımfinalı və final günü məlum olub. APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, gələn ilki müsabiqənin üç konsert gününün tarixini “Eurvoision” müsabiqəsinin icraçı direktoru Svante Stokselius açıqlayıb. Keçirdiyi mətbuat konfransında Svante Stokselius bildirib ki, “Eurovision-2011” Mahnı müsabiqəsinin I yarımfinalı mayın 17-də, II yarımfinalı mayın 19-da. Finalı isə mayın 21-də baş tutacaq. Svante Stokselius mayın 29-da gələn ilki müsabiqəyə ev sahibliyi edəcək ölkənin adının məlum olacağını da əlavə edib. O bildirib ki, “Eurovision-2011” müsabiqəsinin ev sahibi finalda çıxış edəcək 25 ölkədən biri olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR