Bank Of Baku

Bu gün “Eurovision-2010” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək - FOTOSESSİYA

Bu gün “Eurovision-2010” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək - <font color=red>FOTOSESSİYA</font>
# 27 may 2010 12:01 (UTC +04:00)
Oslo. Ülkər Qasımova-APA. Bu gün Osloda “Telenor Arena” mərkəzində “Eurovision-2010” Mahnı Müsabiqəsinin II yarımfinalı keçiriləcək. APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, Bakı vaxtı ilə saat 23:15-dən etibarən bu möhtəşəm musiqi müsabiqəsinin II yarımfinalını İctimai Televiziya və Radio Verilişləri Şirkəti (İTV) canlı yayımlayacaq. Bu gün keçirilən yarımfinalda Azərbaycan, Türkiyə, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan və Sloveniya finala çıxmaq uğrunda mübarizə aparacaqlar. II yarımfinalda Azərbaycan, Türkiyə, İsrail, Ermənistan, Danimarka, Xorvatiya, Rumıniya, İsveç, Gürcüstan və Ukraynanın finala vəsiqə qazanmaq imkanı daha yüksək qiymətləndirilir.

Bu gün keçiriləcək yarımfinalda Azərbaycanda yaşayan vətəndaşların səsvermə hüququ var. Soydaşlarımız Səfurə Əlizadədən başqa digər 16 təmsilçiyə səs vermək göndərmək imkanı qazanacaqlar. Bu səsvermə prosesi 9450 sms nömrəsi ilə həyata keçiriləcək. Bunun üçün tamaşaçı dəstəklədiyi ölkə təmsilçisinin çıxış nömrəsini yazıb 9450-yə göndərməklə həmin ölkə təmsilçisinə səs göndərmiş olacaq. Azərbaycan təmsilçisini isə xaricdə yaşayan həmyerlilərimiz dəstəkləyə biləcəklər. Onlar Səfurə Əlizadənin çıxış edəcəyi 7 nömrəsini hər ölkənin koduna göndərilməlidir.

Xatırladaq ki, artıq müsabiqənin ilk 10 finalçısı məlumdur. Bu gün keçiriləcək II yarımfinalda isə daha gərgin mübarizə olacaq. Belə ki, müsabiqənin ən güclü mahnıları məhz II yarımfinalın payına düşüb. Bu gün tamaşaçılar “Eurovision-2010” müsabiqəsinin ən yaxşı mahnılarını izləmək imkanı qazanacaqlar.

Qeyd edək ki, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və “Eurovision-2009”un qalibi Norveç mayın 29-da keçiriləcək final mərhələsində birbaşa iştirak etmək hüququna malikdir.

“Eurovision-2010” müsabiqəsinin aparıcılıq missiyasını Nadya Hasnaoui, Erik Solbakken və Haddy Njien həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR