Bank Of Baku

Aysel Teymurzadə: “Əminəm ki, Səfurə uğurlu çıxışı ilə finala vəsiqə qazanacaq” - FOTO

Aysel Teymurzadə: “Əminəm ki, Səfurə uğurlu çıxışı ilə finala vəsiqə qazanacaq” - <font color=red>FOTO</font>
# 27 may 2010 12:24 (UTC +04:00)
Oslo. Ülkər Qasımova – APA. “Eurovision -2009” müsabiqəsində Azərbaycanı təmsil edən və üçüncülük qazanan Aysel Teymurzadə Norveçə gəlib. APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, ötən gün “Eurovision-2010” müsabiqəsinin keçirildiyi Oslo şəhərinə gələn Aysel Teymurzadə müsabiqə çərçivəsində keçirilən “Ogae party”də qonaq olub. Ötən ilki təmsilçinin bu mərasimə qatılması çoxsaylı media mənsubları və tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Onun səhnəyə çıxıb “Akapella” ifa etməsi isə sürəkli alqışlarla müşayiət olunub. Aysel Teymurzadə elə mərasimdəcə çoxsaylı media mənsublarına müsahibələr verib və onların suallarını cavablandırıb. O, Səfurə Əlizadənin bu gün çox gözəl perfomans nümayiş etdirəcəyinə əmin olduğunu dilə gətirib və təmsilçimizə bu müsabiqədə bol uğurlar arzulayıb: “Əminəm ki, Səfurə uğurlu çıxışı ilə finala vəsiqə qazanacaq. Bütün Azərbaycan xalqı onu dəstəkləyir və ona inanır”.

Onu da əlavə edək ki, Aysellə birgə xalq artisti Brilliant Dadaşova, əməkdar artist İlqar Muradov, “Natiq” ritm qrupu, gənc müğənnilər Azad Şabanov, Ülviyyə Rəhimova, “Milk& Kisses” qrupunun üzvləri Dilarə və Fəridə də Norveçə gəliblər. Onlar səfər çərçivəsində bu gün keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsinin II yarımfinalında Azərbaycan təmsilçisinə dəstək vermək üçün konsertə qatılacaqlar. Azərbaycanın tanınmış simaları eləcə də mayın 28-də Osloda Azərbaycanın Respublika Günü münasibəti ilə keçiriləcək konsertdə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR