Bank Of Baku

“Eurovision” müsabiqəsinin ilk qalibi II yarımfinalda iştirak edəcək

“Eurovision” müsabiqəsinin ilk qalibi II yarımfinalda iştirak edəcək
# 27 may 2010 13:49 (UTC +04:00)
Oslo. Ülkər Qasımova – APA. “Eurovision-2010” mahnı müsabiqəsinin II yarımfinalında qonaq qismində müsabiqənin 1956-cı ildə ilk qalibi olmuş Liz Assia da iştirak edəcək. APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, bu axşam canlı yayında aparıcılar müsabiqənin ilk qalibini salamlayacaqlar. L. Assia ötən il Moskvada keçirilən “Eurovision-2009” yarışmasında da qonaq qismində iştirak etmişdi.

Xatırladaq ki, bu gün keçiriləcək II yarımfinalda Azərbaycanı təmsil edən Səfurə Əlizadə 16 ölkə təmsilçisi ilə birgə finala çıxmaq uğrunda mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR