Bank Of Baku

Safurə Əlizadə “Eurovision-2010” mahnı müsabiqəsinin final mərhələsinə vəsiqə qazandı - FOTOSESSİYA

Safurə Əlizadə “Eurovision-2010” mahnı müsabiqəsinin final mərhələsinə vəsiqə qazandı<font color=red> - FOTOSESSİYA</font>
# 27 may 2010 23:03 (UTC +04:00)
APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, Azərbaycan, Türkiyə, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan və Sloveniya finala çıxmaq uğrunda mübarizə aparıb.

Müsabiqənin ikinci yarımfinalını Azərbaycan təmsilçisindən başqa həmçinin Türkiyə, Ukrayna, Danimarka, İsrail, Gürcüstan, Kipr, İrlandiya, Rumıniya və Ermənistan təmsilçiləri uğurla başa vurub.
Finalda ümumilikdə 25 ölkə birincilik uğrunda mübarizə aparacaq.

Səhnədə 7-ci çıxış edən Azərbaycan təmsilçisi Səfurə Əlizadənin “Drip drop” mahnısını ifa edib. Onun səhnə geyimi, perfomansı, eləcə də rəqsi və səhnə şousu sürəkli alqışlarla müşayiət olunub.

Xatırladaq ki,mayın 29-da baş tutacaq finalda iki yarımfinaldan 20 ölkə iştirak etmək hüququ qazanıb. Digər beş ölkə Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və “Eurovision-2009”un qalibi Norveç mayın 29-da keçiriləcək final mərhələsində birbaşa iştirak etmək hüququna malikdir.

“Eurovision-2010” müsabiqəsinin aparıcılıq missiyasını Nadya Hasnaoui, Erik Solbakken və Haddy Njien həyata keçirib. Yarımfinalda eləcə də “Eurovision” müsabiqəsinin ilk qalibi Liz Assiada iştirak edib. Qeyd edək ki, bu ildən etibarən artıq yarımfinal və finallarda səsvermə konsert başlayandan sona kimi aparılır.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR