Bank Of Baku

Səfurə Əlizadə: “Bu dəstəyə görə Azərbaycan xalqına borcluyam” – FOTOSESSİYA

Səfurə Əlizadə: “Bu dəstəyə görə Azərbaycan xalqına borcluyam” –  <font color=red>FOTOSESSİYA</font>
# 28 may 2010 00:44 (UTC +04:00)
APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, bu sözləri mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Azərbaycanın “Eurovision-2010” müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadə deyib. O bildirib ki, 17 yaşına baxmayaraq bu cür yüksək səviyyəli perfomans nümayiş etdirdiyi üçün onunla birgə müsabiqə boyu çox əziyyət çəkən bütün komandasına borclu olduğunu deyib: “Bu uğuru Azərbaycan xalqına borcluyam. Bütün komandama borcluyam ki, bu cür perfomans nümayiş etdirdim. Anam, atam və bacım burdadır. Mən ailəmə də mənə göstərdiyi dəstəyə görə təşəkkür edirəm”. Bu il orta məktəbi bitirən 17 yaşlı Səfurə Əlizadə təhsil aldığı 23 saylı orta məktəbə minnətdarlıq da etməyi unutmayıb: “Sinif yoldaşlarımla çox gözəl ünsiyyətdəyəm. 23 saylı məktəb mənim arxamda durub və məni dəstəkləyir. Ümumiyyətlə bütün Azərbaycan xalqına bu dəstəyə görə minnətdaram. Bu Azərbaycanın uğurudur”. Səfurə Əlizadə müsabiqədə ifa etdiyi “Drip drop” mahnısı üzərində çox məşq etdiyini deyib və mayın 29-u keçiriləcək final mərhələsində daha çox hazırlaşacağını qeyd edib. Xatırladaq ki, yarımfinal mərhələsində 7-ci çıxış edən Azərbaycan təmsilçisinin finala keçməsi elə 7-ci elan olunub.

Qeyd edək ki, mayın 27-də Norveçin paytaxtı Osloda ”Eurovision-2010” mahnı müsabiqəsinin II yarımfinalı keçirilib. Azərbaycan mayın 29-da keçiriləcək final mərhələsində birincilik uğrunda mübarizə aparacaq 25 ölkə arasına qatılıb. Təmsilçimiz final mərhələsində 1-ci çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR