Bank Of Baku

Erməni tamaşaçılar “Telenor Arena”da qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldırıb

Erməni tamaşaçılar “Telenor Arena”da qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldırıb
# 28 may 2010 14:59 (UTC +04:00)
Oslo.. Ülkər Qasmova – APA. Ötən gün Norveçin paytaxtı Osloda “Eurovision-2010” müsabiqəsinin II yarımfinalı keçirilib. APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, “Telenor Arena”da keçirilən yarımfinal konsertində erməni tamaşaçılar tərəfindən növbəti xoşagəlməz addım atılıb. Belə ki, onlardan biri əlində tutduğu Ermənistan bayrağının ən üst hissəsinə qondarma «Dağlıq Qarabağ Respublikasının» bayrağını asıb. Həmin tamaşaçının bu bayraqla gəlib azərbaycanlıların sırasında durması isə narazılığa səbəb olub. Azərbaycanlı tamaşaçılar “Telenor Arena”nın mühafizə xidmətini bu hadisədən xəbərdar etdikdən sonra, tamaşaçı zaldan çıxarılmasa da, azərbaycanlıların əyləşdiyi sıradan uzaqlaşdırılıb. Mühafizə xidməti siyasi məsələlərə qarışmadıqlarını qeyd edərək erməni tamaşaçının zaldan çıxarılmasını mümkün olmadığını bildirib.

Qeyd edək ki, ötən gün “Eurovision-2010” mahnı müsabiqəsinin II yarımfinalında həm Azərbaycan, həm də Ermənistan təmsilçisi finala çıxmaq uğrunda mübarizə aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR