Aleksandr Rıbak: “Əminəm ki, bu il də ən güclü mahnı müsabiqənin qalibi olacaq” - MÜSAHIBƏ
- Hər iki yarımfinal gözəl və yüksək səviyyədə keçirildi. Ümumiyyətlə, Norveç bu yarışmanı həyata keçirməyə çox zaman və çox zəhmət sərf edib. Sözsüz ki, hər şey yüksək səviyyədə olmalıdır, başqa cür ola da bilməz. İstərdim ki, hər bir qalib ölkə bu müsabiqəyə bu cür ciddi yanaşsın və layiqli ev sahibliyi etsin.
- Yəqin ki, hər iki yarımfinalı izləmisiz. Nəticələr sizi qane etdimi?
- Bu cür məsələlərlə bağlı çox açıq danışa bilmərəm. Rəy və ya fikir bildirmək çox qəliz məsələdir. Ancaq hər iki yarımfinalın nəticəsi məni qane etdi. Hər şey finaldan asılıdır. Əminəm ki, ötənilki kimi, bu il də ən güclü mahnı müsabiqənin qalibi olacaq.
- İki gündən sonra sizin yerinizi başqa bir insanın tutacağından təsirlənirsinizmi?
- Düşünürəm ki, nəhayət ki, kimsə mənim çiyinlərimdəki bu məsuliyyəti öz üzərinə götürəcək və mən rahat nəfəs alacağam. Nə yaxşı ki, qalib təmsilçi mənim həyatımın yox, məhz bu mükafatın yeni sahibi olacaq. Bununla da çiyinlərimdən məsuliyyəti götürəcək və bu çox gözəl haldır. Buna təsirlənmək yox, sevinmək lazımdır. Axı mən yaşayıram və yaradıram...
- Deyəsən “Eurovision-2010” müsabiqəsinin təmsilçiləri arasında Almaniyaya daha çox pərəstiş edirsiniz?
- Bəli, Almaniyanın təmsilçisi də, mahnısı da çox xoşuma gəlir. Bu il Almaniya favoritimdir. Ancaq tək Almaniyaya yox, Belarus, Norveç təmsilçisinə səs göndərəcəyəm. Ona görə ki, əslən Belarusdanam və uzun illərdir Norveçdə yaşayıram. O səbəbdən də üç ölkə təmsilçisinin xeyrinə sms göndərəcəyəm.
- Artıq qalibiyyətinizdən bir il keçib. Bu qalibiyyət ili həyatınızda nə isə dəyişə bilib?
- Mən bu müsabiqədə qalib gələnə kimi çox qərəzli idim, ancaq qələbədən sonra dəyişdim və buna görə “Eurovision” müsabiqəsinə borcluyam. Bu müsabiqədə qalib gələndən sonra bir çox mədəniyyətlərlə tanış oldum və onları məhz özlərinə görə qiymətləndirməyi öyrəndim. Bu da məndə yenilik oldu.
- 54 ildən sonra “Eurovision” müsabiqəsi tarixində rekord bal toplamaq sizə nəsib olub. Sizcə, bu rekordu bu il yeniləyən olacaqmı?
- Əlbəttə ki, hər şey mümkündür. Ancaq 54 illik tarixi olan bu cür məşhur müsabiqədə buna nail olan ilk təmsilçi olmaq da böyük uğurdur. Əlbəttə ki, istərdim ki, bu rekord göstərici yenilənsin, bu il də olmasa, növbəti illərdə bu mümkündür. Ancaq çox istərdim ki, bu rekord məhz mahnıya görə əldə olunsun.
- Deyirlər, “Eurovision” müsabiqəsində iştirak edəndən və qalib gələndən sonra müğənninin özünü reklam etmək üçün bir ili olur. Yəni, növbəti müsabiqə keçirilənə kimi bu uğur onunla olur. Düşünmürsünüz ki, yeni qalibin kölgəsində qalacaqsız?
- Qəti şəkildə bu fikirlə razı deyiləm. Mən Aleksandr Rıbakam və builki qalib də bir başqası olacaq. Doğrudur, müsabiqədə qalibiyyət qazanmaq çox böyük bir reklam və piardır. Ancaq mən müsabiqədə qalibiyyətimlə özümü heç zaman reklam etməyə cəhd göstərməmişəm. Hər bir kəs mənim sənətimi sevir, məndən mahnı istəyir. Mən “Eurovision-2010” müsabiqəsinin qalibi olandan sonra da sönməyəcəyəm. Çünki mən boş oturub qalibiyyətlə özümü reklam edənlərdən deyiləm. Yeni albom üzərində işləyirəm və iyunun sonunda bu albom işıq üzü görəcək. Artıq albomumu neçə minlərlə insan arzulayır. Məgər bu unudulmaqdır?
- Bu günlərdə builki müsabiqənin qalibinə təqdim edəcəyiniz mükafatın təqdimatını keçirdiniz...
- Bəli, bu mikrofon billurdan hazırlanıb. Çox maraqlı və gözəl təsir bağışlayır. Əminəm ki, bu billur mikrofon layiqli təmsilçiyə nəsib olacaq.
- Bir daha “Eurovision” müsabiqəsində iştirak haqqında düşünürsünüzmü?
- Yaxın illərdə bunu arzulamıram. Ancaq uzaq gələcəklə bağlı dəqiq bir söz deyə bilmərəm. Bu yol çox çətin və məsuliyyətli yoldur. Bu məsuliyyəti yenidən üzərimə götürmək və bu gərgin iş qrafiki ilə hazırlaşmaq mənə hələ ki, çətin gəlir.
- Sabah finalda birincilik uğrunda mübarizə aparacaq 25 ölkə təmsilçisinə qalib kimi məsləhətiniz nədir?
- Hər birinə, xüsusi ilə Almaniyaya uğurlar diləyirəm. Sadəcə bacarıqlarını ortaya qoyub gözəl perfomans nümayiş etdirsinlər. Nəticənin hamının ürəyindən xəbər verəcəyini düşünürəm. Sabah hər şey məlum olacaq.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib