Bank Of Baku

Bu gün “Eurovision-2010” müsabiqəsinin final mərhələsi keçiriləcək

Bu gün “Eurovision-2010” müsabiqəsinin final mərhələsi keçiriləcək
# 28 may 2010 23:21 (UTC +04:00)
Oslo. Ülkər Qasımova – APA. Bu gün Norveçin paytaxtı Osloda “Eurovision-2010” mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək. APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, final konsertini “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak ötən il ona qalibiyyət gətirən “Fairytale” mahnısının yeni versiyası ilə açıq elan ediləcək. Finaldan əvvəl keçirilən əsas məşqdə finalda çıxış edəcək 25 ölkə təmsilçisinin hər biri öz mahnısını nümayiş etdirib. Finalda 25 ölkə arasında 1-ci Azərbaycan təmsilçisi Səfurə Əlizadə çıxış edib. Onun əsas məşqdəki ifasını qənaətbəxş qiymətləndirmək olar. Əsas məşqdə İsrail təmsilçisi Harel Skaat “Milim” mükəmməl ifa nümayiş etdirib. Ermənistan təmsilçisi Eva Rivasın ifası zamanı onun səsi titrəyib. “Eurovision-2010” müsabiqəsinin əsas favoritlərindən biri olan Almaniya təmsilçisi Lena “Satellite” mahnısını o qədər də yaxşı ifa etməyib. Hətta sənətçinin əsas məşqdə ifası zamanı nəfəsinin çatmaması da nəzərdən qaçmayıb. Onu da bildirək ki, artıq bu məşqə əsasən bu il müsabiqədə təmsil olunan 39 ölkənin hər birinin öz münsiflər heyəti finalda iştirak edəcək 25 təmsilçiyə səslərini verirlər. Artıq məlum olduğu kimi bu il “Eurovision-2010” müsabiqəsində qalib 50-50-yə seçiləcək. Yəni səslərin 50 faizi hər ölkənin münsiflər heyətinə, digər 50 faizi isə tamaşaçıların səsverməsi ilə olacaq.

Qeyd edək ki, bu gün keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsinin final mərhələsində Azərbaycan 1, İspaniya 2, Norveç 3 Moldova 4, Kipr 5, Bosniya və Herseqovina 6, Belçika 7, Serbiya 8, Belarus 9, İrlandiya 10, Yunanıstan 11, Böyük Britaniya 12, Gürcüstan 13, Türkiyə 14, Albaniya 15, İslandiya 16, Ukrayna 17, Fransa 18, Rumıniya 19, Rusiya 20, Ermənistan 21, Almaniya 22, Portuqaliya 23, İsrail 24, Danimarka 25-ci çıxış edəcək.

Səfurə Əlizadəni dəstəkləmək üçün 1 yazıb hər ölkənin koduna göndərmək lazımdır. Bununla da Azərbaycan təmsilçisini dəstəkləmiş olacaqsınız. Azərbaycanda yaşayan vətəndaşların nəzərinə çatdıraq ki, səsvermədə Səfurə Əlizadəyə səs göndərmək hüququ yoxdur. Göndərilən səslər də saya alınmayacaq. Bəyəndiyiniz ifanı dəstəkləmək üçün çıxış təmsilçinin çıxış nömrəsini yazıb 9450 koduna göndərməlisiniz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR