Bank Of Baku

Rumıniya təmsilçiləri finalın əsas məşqində problemlə üzləşiblər - FOTO

Rumıniya təmsilçiləri finalın əsas məşqində problemlə üzləşiblər - <font color=red>FOTO  </font>
# 29 may 2010 11:41 (UTC +04:00)
Təmsilçilər bildiriblər ki, final qabağı məşqdə Ovinin ifası zamanı qulağındakı mikrofon çıxıb. Ancaq onlar bu gün keçiriləcək finalda problemin olmayacağına inanırlar: “Finala vəsiqə qazanmaq çox gözəl bir hissdir, ancaq finalda çıxış etmək çox həyəcanlıdır. Bu gün final səhnəsində yer alacaq heç bir təmsilçi öncədən deyə bilməz ki, səhnəyə çıxanda həyəcanım olmayacaq. Buna zəmanət vermək qeyri-mümkündür”.

Paula Seling və Ovi bu gün finalda əllərindən gələni edəcəklərini qeyd ediblər. Paula Seling deyib ki, onlar favoritlərinin kimliyi haqqında danışmağı sevmirlər, ancaq ətrafdakı bütün insanların favoriti Azərbaycandır və bunu bilirlər.

Qeyd edək ki, bu gün axşam Oslonun “Telenor Arena”sında “Eurovision-2010” mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək. Finalda 25 ölkə birincilik uğrunda mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR