“Eurovision” müsabiqəsinin ilk qalibi Lis Assia: “Builki müsabiqədə qəlbimin birincisi Azərbaycandır” – MÜSAHİBƏ – FOTOSESSİYA
- Bu gün “Eurovision-2010” mahnı müsabiqəsinin finalından nə gözləyirsiniz? Finalda qalibin kim olacağını güman edirsiniz?
- Bu ilki yarışmada çoxlu gözəl səslər və ifalar var. Bugünkü finaldan çox böyük şey gözləyirəm. Uzun illərdən bəri yeganə il bu ildir ki, mən öncədən qalibin kim olacağını söyləməyə çətinlik çəkirəm. Əgər məndən asılı olsaydı, Azərbaycanın mahnısını birinci edərdim. Bu mahnı çox yaddaqalan və unudulmazdır. Həm çıxış, həm də mahnı çox seçiləndir. Ancaq mən xalq deyiləm, mahnıların qiymətini tamaşaçı kütləsi verəcək. Mən sizin mahnını qəlbən çox sevirəm.
- Bu cür möhtəşəm bir müsabiqənin ilk qalibi olmaq necə bir hissdir və bu müsabiqədə qalib olmaq gələcək karyera üçün çoxmu önəmlidir?
- Mənim üçün müsabiqədə qaliblik o qədər də böyük rol oynamırdı. Çünki müsabiqədə iştiraka qədər də mənim karyeram var idi və yetəri qədər tanınırdım. Əsas istəyim ölkəmə bu müsabiqədə uğur qazandırmaq idi və bunu bacardım. O illərdə Amerikada çox tanınmış bir səsyazma studiyası ilə 30 illik müqavilə bağlamışdım. Elə bu müqavilə əsasında da bu müddətdə Amerikada işlədim. 18 dil bilirdim, bütün bu dillərdə də musiqi ifa etmişəm və bu səbəbdən çoxsaylı ölkələrdə yetəri qədər tanınmışam və dünyanın bir çox yerlərində də olmuşdum, ona görə də bu müsabiqədə qalibiyyət mənim üçün çox da böyük bir şey kəsb etmirdi. Əlbəttə ki, bu müsabiqədə olmaq çox yaxşı bir hissdir, insanlar səni görür, mətbuatla əlaqəyə girirsən. Evdə otursan, bunların heç biri baş verməyəcək, ancaq müsabiqə daxilində bu çox yaxşıdır. Bu müsabiqəyə görə çox münasibətlərim yarandı, məhz o münasibətlərin hesabına çox işlər gördüm, filmlərdə çəkildim.
- “Eurovision” musiqi yarışmaları arasında ən uzunömürlü bir müsabiqədir. 55 illik tarixi olan bir müsabiqədə ötən illərlə müqayisədə çox dəyişiklər hiss edirsiniz?
- Tamamilə eyni “Eurovision” deyil, ancaq builki “Eurovision”u bir qədər geriyə qayıdış kimi görürəm. Bizim vaxtımızda səhnədə daha çox qruplar çıxış edərdi. Fevralda Ermənistanda olmuşam və bu ölkənin təmsilçisi Eva Rivasın mahnısını dinləmişəm. Yaxşı mahnıdır, ancaq dediyim kimi, musiqi qabarır, musiqinin təqdimatı isə geridə qalır. Ötən il mən Rıbakı görən kimi demişdim ki, o qalib olacaq, hətta onun özünə dedim ki, sən qalib gələcəksən, çünki o, şounu necə yaratmağı çox gözəl bilir. Ötən il onun məni səhnəyə qucağında gətirməsi də bir şou idi. O bunu çox gözəl bacarır. Şou qabarıq olanda ifaçı arxa planda qalır ki, bu da müsabiqədə əlverişli hal deyil. Düşünürəm ki, bu festival sənətçi və səs yarışması olmalıdır. Bu il də çox səslər birincilik uğrunda mübarizə aparır.
- Adətən müsabiqədə birincilik qazanan təmsilçilər “ulduz xəstəliyi”nə tutulur. Siz isə bu qalibiyyətin əsasını qoyduğunuz halda sadəliyinizlə seçilirsiniz...
- Mən insanları və musiqini çox sevirəm. Bu, insanın öz xasiyyətindən asılı olan bir şeydir. Mən heç zaman bu xəstəliyə tutulmamışam, bu müsabiqədə qalibiyyət zamanı niyə dəyişməli idim ki? Əgər o insanlar, tamaşaçılar məni yüksəklərə qaldırıb dağ başına qoyursa, mən onların qarşısında necə sadə olmayım? Mən hər zaman eyni xasiyyətdəyəm.
- Bu gün finalda qalib gələcək təmsilçiyə məsləhətiniz nədir?
- Qalib öz üzərində çox gərgin işləməli, qazandığı zirvəni əlində saxlamalıdır. Zirvə qazanmaq çox asandır, ancaq onu əldə saxlamaq çox çətin bir şeydir. Bu müsabiqədə qalibiyyət möhtəşəm bir şeydir. Ancaq bu, mənim üçün o qədər də önəmli olmayıb. Birinci qalib olduğum üçün hələ də mənim adım bu müsabiqə ətrafında hallanır, mən bundan qaça bilmirəm. 40 solisti bir dam altında yığan ikinci bir festival yoxdur, bu yeganə belə müsabiqədir, ancaq “Eurovision” bunu bacarır.
- 55 il öncə qalib olanda düşünürdünüz ki, “Eurovision” bu cür möhtəşəm bir şouya çevriləcək və bütün dünyanı özünə sehrləyəcək?
- Tamamilə ağlıma belə gəlməzdi. İştirak etdim və qalib gəldim, ancaq illər getdikcə müsabiqənin daha da möhtəşəmliyinin şahidi oldum. Bu da məni çox sevindirir. Yadımdadır, Selin Diona bu müsabiqədə mən kömək etmişəm. O, müsabiqədə iştirakdan əvvəl çox pis formada idi, ancaq mən ona yardım etdim. Çox gözəl səsi var idi, səhnədə elə bir ifa göstərdi ki, o ifa hələ də hamının yadındadır. Mən bu yarışmanın ilk qalibi olduğum üçün müsabiqə mənim adıma assosiasiyalaşır.
- Uzun illərin təcrübəsinə sahibsiniz. Tam səmimi olaraq deyə bilərsinizmi builki finalçılar arasında qəlbinizin birincisi kimdir?
- Qəlbimin birincisi Azərbaycandır. Bu gün finalda birinci olaraq Azərbaycanı görürəm. Bu gün bütün qəlbimlə Azərbaycana dua edəcəyəm və səs göndərəcəyəm. Hətta Azərbaycan üçün şam da yandıracağam ki, layiqli yer məhz sizin olsun. Ancaq ümumilikdə Danimarkanın mahnısını da bəyənirəm. Dodaqaltı bu mahnını mızıldanıram, həyatımın 13 ili bu ölkədə keçib. Norveç, İrlandiya da çox xoşuma gəlir. Digər mahnıları xatırlamaq çətindir, ancaq Danimarka həmişə mənim yadımdadır. Yunanıstanın mahnısı da uğurlu, başqa bir enerjiyə qadir bir mahnıdır. Ancaq yenə deyirəm - qəlbimin birincisi Azərbaycandır.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib