“Eurovision-2010” müsabiqəsinin keçirildiyi Oslonun “Telenor Arena”sı qarşısında çoxsaylı Azərbaycan bayraqları dalğalanır - FOTOSESSIYA
APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, bu gün axşam “Telenor Arena”da keçiriləcək müsabiqənin final həyəcanını izləmək üçün çoxsaylı tamaşaçılar arenanın qarşısına toplaşıb. Final günü Osloda güclü yağış və dolunun yağması isə maraqla qarşılanıb.
Hazırda “Telenor Arena”nın qarşısında çoxsaylı Azərbaycan bayraqları dalğalanır. Həm azərbaycanlılar, həm də Azərbaycanı dəstəkləyən xarici vətəndaşlar bayrağımızla birgə arenanın qarşısında səbirsizliklə final həyəcanını gözləyirlər. Çoxsaylı izləyicilərin, eləcə də müsabiqə təmsilçilərinin fikrincə, bu gün Azərbaycan qalibiyyət sevincini yaşayacaq. Final konserti ilə əlaqədar olaraq “Telenor Arena” ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Eləcə də arena qarşısında çoxsaylı mühafizə xidməti toplaşıb ki, bu da müsabiqəyə gələn tamaşaçıların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Final konsertində Azərbaycan təmsilçisi Səfurə Əlizadəyə dəstək olmaq üçün Azərbaycandan çoxsaylı insanlar Norveçin paytaxtına gəliblər. Hətta xaricdə yaşayan azərbaycanlılar da qələbə sevinci yaşamaq üçün Oslodadırlar. Final konsertində təxminən 200-ə yaxın həmyerlimiz tamaşaçı qismində iştirak edəcək.
Səfurə Əlizadə Artıq final çıxışına sayıla saatlar qalmış APA-nın Norveçə ezam olunmuş müxbirinə açıqlamasında özünü yaxşı hiss etdiyini və final çıxışına tama hazır olduğunu açıqlayıb. O, Azərbaycan xalqından dəstək gözlədiyini deyib: “Mən bu gün Azərbaycan xalqından dəstək gözləyirəm və hər birinizdən mənə arxa olmağınızı istəyirəm. Dünya azərbaycanlılarından və xaricdə yaşayan insanlardan səs gözləyirəm. Bu gün Azərbaycana layiq çıxış edəcəyimə söz verirəm. Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyim üçün əlimdən-gələni edəcəyəm. Siz də məndən dəstəyinizi əsirgəməyin. Bu günə kimi necə dəstək olmusunuzsa, bundan sonra da davam edin. Bu gün Azərbaycana qələbə gətirmək arzusundayam və Allaha bunun üçün dua edirəm”.
Qeyd edək ki, bir neçə saatdan sonra Oslonun “Telenor Arena”sında “Eurovision-2010” müsabiqəsinin final konserti keçiriləcək. Finalda 25 ölkə birincilik uğrunda mübarizə aparacaq. Azərbaycan təmsilçisi “Eurovision-2010” müsabiqəsində 25 ölkə təmsilçisi arasında çıxış edəcək 1-ci təmsilçi olacaq. Azərbaycanda yaşayan vətəndaşların nəzərinə çatdıraq ki, Azərbaycandan başqa finalda çıxış edəcək təmsilçilərdən kimi bəyənsəniz, onun çıxış nömrəsini yazıb 9450 SMS nömrəsinə göndərə bilərsiniz. Azərbaycan təmsilçisini dəstəkləmək üçün isə digər ölkələrdə yaşayan həmyerlilərimiz və Azərbaycan mahnısını bəyənən xarici vətəndaşlar 1 yazıb hər ölkəyə təqdim olunmuş SMS nömrəsinə göndərməlidirlər. Bu gün final konserti başa çatdıqdan sonra “Eurovision-2010” müsabiqəsində təmsil olunan 39 ölkə ilə canlı bağlantı yaradılacaq və xallar elan olunacaq.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib