Bank Of Baku

“Eruvoision-2010” müsabiqəsinin finalında İspaniya təmsilçisinin çıxışına mane olan tamaşaçı 2000 avro cərimə edilib – FOTO

“Eruvoision-2010” müsabiqəsinin finalında İspaniya təmsilçisinin çıxışına mane olan tamaşaçı 2000 avro cərimə edilib – <font color=red>FOTO </font>
# 31 may 2010 07:16 (UTC +04:00)
Oslo. Ülkər Qasımova – APA. Norveçin paytaxtı Osloda keçirilən “Eurovision-2010” mahnı müsabiqəsinin final mərhələsində 2 nömrə altında çıxış edən İspaniya təmsilçisi Daniel Digesin ifası zamanı qanunsuz şəkildə səhnəyə çıxan və canlı efiri pozan Jimmy Jump adlı tamaşaçı bu hərəkətinə görə cəzalandırılıb. APA-nın Norveçə ezam olunmuş müxbiriniə açıqlamasında tamaşaçı bildirib ki, o final gecəsi səhnədən çıxarılandan sonra dərhal polis şöbəsinə aparılıb və bir gecə şöbədə saxlandıqdan sonra bu hərəkətə görə 2000 avro cərimə olunub: “Bu pulu ödəmək üçün qarşıma məhdud vaxt qoydular. Bu cəriməni ödəməliyəm. Bu, mənim fəlsəfəmdir. Burada heç bir pis hərəkət yoxdur və mən buna görə lazımı cərimənio ödəyəcəyəm”. Norveçdə yaşayan bu tamaşaçı etdiyi hərəkətdən sonra səhnəyə çıxan zaman əynində olan köynəyi də satışa çıxarıb. O bu köynəyi sataraq cəriməni ödəmək niyyətində olduğunu deyib.

Qeyd edək ki, “Eurovision-2010” müsbaiqəsinini final kosnertində İspaniya təmsilçisinin şousu ərəfəsində “Telenor Arena”nın fan-klub zonasında tamaşaçı kimi iştirak edən sözgüedən Jimmy Jump icazəsiz olaraq canlı yayıma mane olub. Onun bu hərəkəti çoxsaylı tamaşaçılar tərəfindən ispan təmsilçisinin şousu kimi qiymətləndirilib. Bir müddət səhnədə rəqqaslarla şou göstərən tamaşaçı “Eurovision” səhnəsindən çıxarılaraq “Telenor Arena”dan uzaqlaşdırılıb. Sonradan ispaniyalı təmsilçisi şousunu yenidən təqdim etmək məcburiyyətində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR