Bank Of Baku

Adil Kərimli: “Ermənistan televiziyası şərhçisinin ölkəmizin və təmsilçimizin adını çəkmədiyi təsdiqlənsə, Avropa Yayımlar Birliyinə müraciət edəcəyik”

Adil Kərimli: “Ermənistan televiziyası şərhçisinin ölkəmizin və təmsilçimizin adını çəkmədiyi təsdiqlənsə, Avropa Yayımlar Birliyinə müraciət edəcəyik”
# 03 iyun 2010 12:50 (UTC +04:00)
APA-nın məlumatına görə, mətbuat konfransında bununla bağlı sualı cavablandıran Azərbaycanın “Eurovision” üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli bildirib ki, bu halı eşitsələr də, özləri bunun şahidi olmayıblar: “Biz bunu gəldiyimizdən bəri eşidirik, ancaq hazırda bunu təhlil edirik. Əgər bu hal həqiqətən də baş veribsə və araşdırmamız zamanı təsdiqini tapsa, o zaman Avropa Yayımlar Birliyinə müraciət edəcəyik. Məsələ təsdiqini tapdıqdan sonra bununla bağlı hər hansı açıqlama verə bilərik”. Nümayəndə heyətinin rəhbəri mətbuat konfransında yerli media mənsublarına da müraciət edərək, onlara bu cür məsələlərdə ehtiyatlı olmağı məsləhət bilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR