Bank Of Baku

Səfurə Əlizadə 5 il İsveçdə yaşayacaq

Səfurə Əlizadə 5 il İsveçdə yaşayacaq
# 03 iyun 2010 13:59 (UTC +04:00)
APA-nın xəbərinə görə, S. Əlizadə bunu Bakıda keçirdiyi mətbuat konfransında açıqlayıb. O, İsveçdə ilk olaraq albom üzərində işləyəcəyini, artıq müvafiq müqavilənin imzalandığını deyib: “Albomum işıq üzü gördükdən sonra turneyə çıxacağam. Dünyanın bir çox ölkələrində canlı instrumental qrupla konsertlərim keçiriləcək. Lakin ilk konsertim Bakıda olacaq”.

S. Əlizadə İsveçdə də Azərbaycanı layiqincə təmsil edəcəyini və hər uğurunun altına azərbaycanlı müğənni kimi imza atacağını bildirib.

Gənc ifaçı “Eurovision-2010” müsabiqəsi zamanı səslər açıqlanarkən həyatının ən çətin anlarını yaşadığını da vurğulayıb: “Gözləmə otağında keçirdiyim anlar həyatımın ən ağır saniyələri idi. Əlbəttə ki, birinci yeri gözləyirdim, ancaq bu nəticəyə təəssüflənmirəm. Bizim üçün üçüncü iştirakda beşinci yer uğurlu bir nəticədir. Birinci olmağı hər bir təmsilçi arzulayır, ancaq hər şey yenə də sms-ə bağlıdır. 39 ölkə arasında beşincilik qazanmaq böyük uğurdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR