Bank Of Baku

Noyabrın 20-də Minskdə “Junior Eurovision” müsabiqəsi keçiriləcək – FOTO

Noyabrın 20-də Minskdə “Junior Eurovision” müsabiqəsi keçiriləcək – <font color=red>FOTO </font>
# 04 iyun 2010 09:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu il noyabrın 20-də Belarusun paytaxtında Minskdə keçiriləcək “Eurovision Junior Contest” müsabiqəsinin hazırlıqlarına başlanılıb. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, müsabiqə “Minsk” arenasında baş tutacaq. “Eurovision Junior” müsabiqəsinin prodüseri Aleksandr Martınenkonun sözlərinə görə, bu il uşaqlar arasında keçiriləcək müsabiqəyə Belarus İctimai Yayım Şurası (BTRC) ev sahibliyi edəcək. Hələlik müsabiqədə iştirak edəcək ölkələrin siyahısı məlum deyil: “Bu müsabiqədə 10-15 yaş arasında uşaqlar iştirak edəcək. Artıq “Eurovision Junior”un loqosu təqdim edilib. Bu müsabiqə gənc istedadları müəyyən etmək üçün bir nümunədir. Bu, balaca ulduzlar üçündür və loqoda da göstərilir ki, istedadlı uşaqlar hər şey bacarırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR