Bank Of Baku

Rəhman Məmmədli: “Rəmişlə münasibətlərimizdə problem var və bu problemin kökündə qısqanclıq dayanır”

Rəhman Məmmədli: “Rəmişlə münasibətlərimizdə problem var və bu problemin kökündə qısqanclıq dayanır”
# 04 iyun 2010 13:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Heç vaxt Rəmişlə duet ifa etməyi nəzərdə tutmuram. Münasibətlərimizdə problem var və bu problemin kökündə qısqanclıq dayanır”. Bu sözləri APA-ya açıqlamasında gitara ifaçısı Rəhman Məmmədli deyib. O, hər zaman Rəmişə ustad gözü ilə baxdığını söyləyib: “Bu gün də elədir. Amma nədənsə Rəmiş qəbul etmək istəmir. Söhbət tək məndən getmir. Bir neçə gözəl gitara ifaçısı var. Amma səbəbini özüm də bilmirəm ki, niyə qəbul etmir. Bu sənətin davamçısı kimi mənim də ustad Rəmişə bir iradım var. Rəmiş, ətrafda deyilən sözlərin hamısına inanma”.

R. Məmmədli 32 il sənətlə məşğul olduğu müddətdə gənclərə qısqanclıq hissi duymadığını da vurğulayıb: “Hələ yadıma gəlmir ki, nə vaxtsa gənclərə qısqanclıq edim. Bu gün Azərbaycanda layiqli gitara ifaçıları var, amma təəssüf ki, dövr və tələblər dəyişib”.

R. Məmmədli Rəmişlə münasibətlərindəki soyuqluğun hələ də davam etdiyini gizlətməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR