Bank Of Baku

Meqa-star Tarkan “Səndən nigaranam” mahnısını repertuarına daxil edir – FOTO

Meqa-star Tarkan “Səndən nigaranam” mahnısını repertuarına daxil edir – <font color=red>FOTO </font>
# 24 iyun 2010 14:30 (UTC +04:00)
Bakı. Ülkər Qasmova – APA. Türkiyənin meqa-starı Tarkan Tevetoğlu Azərbaycan mahnısını repertuarına daxil edəcək. Yaxın günlərdə Tarkanın ifasında səslənəcək mahnının bəstəkarı Kamal, sözlərinin müəllifi isə Baba Vəziroğludur. Konsert proqramlarının təşkilatçısı Nahid Emiloğlu APA-ya bildirib ki, Tarkan “Səndən nigaranam” mahnısını Nəsibə Abdullayevanın ifasında eşidib və məhz bu mahnını ifa etmək üçün təşkilatçı Nahid Emiloğluya müraciət edib: “Hazırda mahnının sözləri Türkiyə türkcəsinə uyğunlaşdırılır. Məzmun və sözlər eyni qalacaq, sadəcə, bəzi sözlər türkcəyə tərcümə olunur. Hazırda Ozan Çolakoğlu tərəfindən mahnı oranjeman olunur”.

N. Emiloğlu deyib ki, iki gün içində artıq mahnının aranjemanı bitəcək və studiyada mahnı yazılması prosesi həyata keçiriləcək. On gündən sonra isə “Səndən nigaranam” mahnısı Tarkanın ifasında dinləyicilərin ixtiyarına veriləcək: “Bu mahnını Tarkan növbəti albomuna da daxil etmək fikrindədir. Eyni zamanda mahnıya klip çəkdirəcək. Tarkan bu mahnının klipinin məhz Azərbaycanda çəkilməsini istəyir”.

Təşkilatçı deyib ki, mahnı Türkiyə və Azərbaycanın, eləcə də digər ölkələrin radio dalğalarında səslənəcək. Məhz bu mahnının Azərbaycan xalqına təqdim etmək üçün Tarkan iyulda Azərbaycana səfər edəcək. N. Emiloğlunun sözlərinə görə, səfər çərçivəsində Tarkanın Azərbaycanda mahnının təqdimatını keçirəcəyi, burada konsert proqramı ilə çıxış edəcəyi gözlənilir.

Xatırladaq ki, “Səndən nigaranam” mahnısını Nəsibə Abdullayevadan öncə xalq artisti Aygün Kazımova ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR