Teymur Göyçayev: “İki-üç ildən sonra artıq bir sıra musiqi alətlərinin ifaçılarını Türkiyədən çağıracağıq” – FOTOSESSİYA
- Bu, bizim ən ağrılı problemlərimizdəndir. Çox təəssüf ki, bu həqiqətdir. Bunun bariz nümunəsi kimi Şəkidə keçirilən “İpək Yolu” beynəlxalq festivalını göstərmək olar. Bu festivalın keçirilməsi üçün heç bir maddi yardım olmayıb. Halbuki belə tədbirlər Azərbaycanın bölgələri üçün çox böyük əhəmiyyət kəsb edir. İnkişaf etmiş mədəniyyəti klassik musiqi olmadan təsəvvür etmək mümkün deyil. Bizim imkanlı şəxslərimiz klassik musiqinin inkişafına və təbliğinə kömək etsəydilər, daha yaxşı olardı. Əlbəttə ki, bununla onların adı tarixdə qalardı. Məsələn, hansısa imkanlı şəxs orkestrə lazımlı musiqi alətləri alsın, kimsə klassik musiqi konsertinin keçirilməsini təşkil etsin. Bu halda onlar mədəniyyətə xidmət etmiş olardılar.
- Üç il bundan əvvəl bizə müsahibənizdə bildirmişdiniz ki, orkestrlərdə müəyyən musiqi alətlərinin ifaçıları çatışmır. Bu illər ərzində müsbətə doğru dəyişikliklər olubmu?
- Müsbət tərəfə heç bir dəyişiklik yoxdur, əksinə vəziyyət daha da pisləşib. Violonçel, kontrabas ifaçılarının sayı daha da azalıb. Mən bunu həmişə deyirəm, elə alətlər var ki, artıq onlar bizdə qırmızı kitaba yazılır. Məsələn, qaboy, valtorna, violonçel. Bu hal artıq Azərbaycan klassik musiqisi üçün faciədir. İki-üç ildən sonra artıq biz bu musiqi alətlərinin ifaçılarını Türkiyədən çağıracağıq. Amma vaxt var idi ki, bizim sənətkarlar gedib orada Türkiyə musiqisinin inkişafına kömək edirdilər. İndi isə vəziyyət dəyişib və gərginləşib. Təbii ki, bu yola əl atmaq bizim üçün ağırdır.
- Bəlkə bu sahədə maddi çatışmazlıq, qazancın olmaması gənclərin həvəsini öldürür?
- Məncə, bu dövlət siyasəti ilə olmalıdır. İfaçıları azlıq təşkil edən musiqi alətlərində ifa etməyi bacaran gənclərə stimullaşdırıcı təqaüd, mükafatlar verilməlidir. O uşaqları, gəncləri maraqlandırmaq lazımdır ki, gedib həmin alətdə ifa etməyi öyrənsinlər. Musiqi məktəbləri gərək fəaliyyətlərini elə qursun ki, çatışmayan musiqi alətlərinin ifaçıları azalmasın. Bütün bunlar proqramlaşdırılmış şəkildə həyata keçirilməlidir.
- Bu problemlərin həlli üçün hansı addımları atmaq lazımdır?
- Bu, bizim hamımızdan asılıdır, hər kəs öz əlindən gələni etməlidir. Məsələn, mən Uşaq və Gənclər Orkestrinə cavabdeh şəxs kimi deyə bilərəm ki, bu problemi onlarda görürəm. Mən görürəm ki, burada vəziyyət necədir. Deyərdim ki, bizim böyük simfonik orkestrlərdə vəziyyət daha pisdir, alətlər çatışmır. İstərdim ki, indidən bu problemin həlli üçün işlər görülsün, çünki sonra çox gec olacaq. Musiqiçilərimiz çatmır, alətlər sonradan da alına bilər.
- Sadaladığınız musiqi alətləri Bakı Musiqi Akademiyasında tədris olunur, ancaq gənclər ali təhsil seçəndə daha asan yola baş vururlar...
- Biz gərək tərbiyəni elə verək ki, onlar bu musiqini çox eşitsinlər. Əgər bu musiqi ilə böyüsələr, o zaman onlar meyllərini bu istiqamətə bağlayacaqlar.
- Ümumiyyətlə, bu gün Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin rəhbəri olaraq klassik musiqinin tamaşaçı auditoriyasından razısınızmı?
- Bizim çox gözəl auditoriyamız var, özü də mən deyərdim ki, onların əksəriyyətini uşaqlar təşkil edir. Musiqi məktəblərinin uşaqları arasında hər il mart, aprel və may aylarında müsabiqə keçirirəm, bacarıqlı uşaqları götürürəm və onlarla konsertlər təşkil edirik. Bu elə-belə iş deyil. Mən istəyirəm ki, bizim uşaqlarımız kiçik yaşlarından bu tərbiyədə olsun və mədəni böyüsünlər.
- Sizin yolunuzu davam etdirmək istəyən gənclər varmı? Gənclər arasında hansı dirijorların adını çəkə bilərsiniz?
- Əlbəttə ki, çox gözəl dirijorlar yetişir. Mən Fuad İbrahimovun, Əyyub Quliyevin adını çəkə bilərəm. Doğrudur, onlar daha çox xaricdə fəaliyyət göstərirlər, ancaq güman edirəm ki, vaxt gələndə onlar burada da işlər görəcəklər.
- Bir neçə müddət əvvəl Sizi şou-biznes nümayəndələrindən biri ilə səhnəni bölüşmənizi və rəhbərlik etdiyiniz orkestrin bu konsertdə həmin sənətçini müşayiət etdiyinizi izlədik. Bu addımınızla şou-biznesə də dəstək verdiyinizi nümayiş etdirirsiniz?
- Bu addımı atmaqda məqsədim bu idi ki, gənc ifaçılar bizim klassik musiqilərə meyl etsinlər, onların repertuarlarının ara musiqilərindən xilas olmağını istəyirəm. Məsələn, Cahangir Cahangirov, Səid Rüstəmov, Tofiq Quliyev kimi bəstəkarların repertuarına müraciət etsinlər, bu səpkili musiqilərə meyl etsinlər. Bir tərəfdən də onların auditoriyasını da özümə cəlb etmək istəyirəm.
- Şou-biznes nümayəndələri ilə maddiyyat qarşılığında əməkdaşlıq edirsiniz?
- Sözsüz ki, maddiyyat qarşılığında işbirliyi qururam. Əgər bu olmasa ümumiyyətlə təklifi qəbul etmərəm. O qədər olub ki, milyon belə təklif ediblər, ancaq heç zaman həmin şou-biznes nümayəndələri ilə işbirliyi etmək istəməmişəm, imtina etmişəm və bundan sonra da milyardlar təklif etsələr də, razılaşmaram. Mən heç onlarını adını belə bilmirəm.
- Siz özünüz klassik musiqi ifaçıları ilə şou-biznes nümayəndələri arasında fərq qoyursunuzmu?
- Yox, mənim üçün yaxşı ifaçının heç bir fərqi yoxdur. O ya şou-biznes, ya da klassik musiqi ifaçısıdır, yaxşı sənətkar elə yaxşı sənətkardır. Konkret o öz sənətini gözəl səviyyədə bilməlidir. Əsas odur ki, kim olursa-olsun, sənətində peşəkar olsun. İstərdim ki, gözəl təhsil alıb, əsl mədəniyyətə dəyər versinlər.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib