Bank Of Baku

“Bakı gecələri - 2010” Estrada Mahnı Festivalının seçim turuna start verilib

“Bakı gecələri - 2010” Estrada Mahnı Festivalının seçim turuna start verilib
# 08 iyul 2010 10:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Bakı gecələri-2010” Estrada Mahnı Festivalının seçim turuna start verilib. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi, beynəlxalq müsabiqələrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması və estrada mahnı janrının inkişafı məqsədilə keçirilir.

Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutacaq festivalda 18 yaşından yuxarı hər bir professional mahnı ifaçısı iştirak edə bilər. Üç konsert proqramından təşkil olunacaq və Gənc Tamaşaçılar Teatrında keçiriləcək ilkin mərhələdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yüksək bal toplamış əsərlər finala – bu ilin dekabrın 24-dək Heydər Əliyev Sarayında keçiriləcək qala-konsertə vəsiqə qazanacaqlar.

Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaq. Qala-konsertdə istirak edən müğənnilər “Bakı gecələri estrada mahnı festivalının laureatı” adina layiq görüləcəklər.

Qeyd edək ki, “Bakı gecələri” festivalının qalibi 2008-ci ildə Cəlal Abbasov, 2009-cu ildə isə Natəvan Həbibi və İntizar Məmmədov dueti olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR