Bank Of Baku

Emin Ağalarovun Bakı konserti anşlaqla baş tutacaq

Emin Ağalarovun Bakı konserti anşlaqla baş tutacaq
# 08 iyul 2010 15:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Moskvada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov sabah Bakıda növbəti konsert proqramı ilə çıxış edəcək. Yaşıl Teatr Konsert Kompleksində baş tutacaq konsert üçün sənətçi maraqlı proqram hazırlayıb. Teatrdan APA-ya verilən məlumata görə, artıq konsert üçün satışa çıxarılmış biletlərin 98 faizi satılıb və ötən il olduğu kimi bu il də Emin Ağalarovun konsertinin anşlaqla keçəcəyi gözlənilir. Emin Ağalarov açıq hava konsertində ən son albomundan mahnılara daha çox yer verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR