Bank Of Baku

Emin Ağalarov Bakıda “Emin Live” adlı konsert proqramı ilə çıxış edib - FOTOSESSİYA

Emin Ağalarov Bakıda “Emin Live” adlı konsert proqramı ilə çıxış edib - <font color=red>FOTOSESSİYA</font>
# 10 iyul 2010 09:01 (UTC +04:00)
APA-nın məlumatına görə, sənətçi ötən il olduğu kimi bu il də Bakı əhli qarşısında yaddaqalan proqramla çıxış edərək tamaşaçılara xoş anlar bəxş edib. Sənətçi proqrama yeni albomundakı mahnıları daxil etməklə yanaşı, yaradıcılığı dövründə ən yaddaqalan musiqiləri də səsləndirib. Bir neçə mahnı ifa etdikdən sonra sənətçi konsertinə təşrif buyurmuş Azərbaycan xalqını salamlayıb və onlara təşəkkürünü bildirib: “Bir il bundan əvvəl də mən bu səhnədə sizlərin görüşünə gəlmişdim. Ancaq ötən konsertdə də, bu konsertdə də iştirak edənlər təəssüflənməsinlər, çünki bu gün tam yeni proqramla sizlərin qarşısında çıxış edirəm. Bu proqramla artıq Moskvada çıxış etmişəm və bu səhnədə olmaq mənə xüsusi zövq verir”.

Emin Ağalarov konsert boyu tez-tez tamaşaçılarla ünsiyyətə də girib. O ifa etdiyi hər bir mahnının mahiyyətini tamaşaçılara açıqlayıb və bu mahnıları maraqlı şəkildə ifa edib. Səhnədə quraşdırılmış böyük ekranda isə hər bir mahnıya uyğun müxtəlif süjetlər nümayiş etdirilib. Emin Ağalarov bu konsertində də SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevi unutmayıb. Hər zaman Müslüm Maqomayevi uca tutduğunu dilə gətirən Emin, məhz ona baxaraq hər zaman bu sənətdən zövq aldığını bildirib. Müğənni bu sənətdə Müslüm Maqomayevə baxaraq çox şey öyrəndiyini və Azərbaycanın bu cür sənətkara sahib olmasından qürur duyduğunu qeyd edib. Çıxışından sonra isə səhnədə quraşdırılmış böyük ekranda Müslüm Maqomayevin piano arxasında mükəmməl ifası nümayiş etdirilib. Bu nümayişdən sonra zaldakı bütün tamaşaçılar bu ifanı ayaq üstə alqışlayıblar.

Konsertdə “AzAL”ın rəhbəri Cahangir Əsgərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya və müğənninin ailə üzvləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR