Bank Of Baku

Emin Ağalarov: “Mən xoşbəxtəm və fəxr edirəm ki, azərbaycanlıyam” - FOTO

Emin Ağalarov: “Mən xoşbəxtəm və fəxr edirəm ki, azərbaycanlıyam” - <font color=red>FOTO </font>
# 10 iyul 2010 10:14 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda konsert proqramı ilə çıxış edən azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov verib. Sənətçi bildirib ki, konsertə çoxlu sayda dostunun və qohumunun gəlməsi səbəbilə nisbətən daha rahat çıxış edib: “Konsertimdə zalın yarısı dostlarım, yarısı qohumlarım idi. Ona görə də səhnədə özümü evdəki kimi hiss edirdim. Mənə onların qarşısında çıxış etmək çox xoş oldu”.

Emin Ağalarov anasının məhz onun konsertini izləmək üçün Bakıya gəldiyini deyib və bildirib ki, işlərinin çoxluğundan onun müxtəlif ölkələrdəki konsertlərində anasının iştirakı mümkün olmur. Emin Ağalarov açıqlamasında azərbaycanlı olması ilə fəxr etdiyini də dilə gətirib: “Bəli, mən xoşbəxtəm və fəxr edirəm ki, azərbaycanlıyam. Çünki Müslüm Maqomayev də azərbaycanlıdır. Həyatımda və həyat təcrübəmdə ondan çox şey öyrənmişəm. Onun dahi musiqisini, səsini xatirimizdə hər zaman yaşatmalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR